Vakansiya haqqında
DTS MMC komandamıza yaradıcı
düşüncəyə, güclü kommunikasiya bacarıqlarına və rəqəmsal marketinq sahəsində praktiki təcrübəyə malik
Marketinq Meneceri axtarır.
Namizəd şirkətin rəqəmsal platformalarda təmsil
olunmasına, korporativ imicinin inkişaf etdirilməsinə, sosial media hesablarının idarə olunmasına və marketinq
kontentinin hazırlanmasına cavabdeh olacaq.
Əsas vəzifə
öhdəlikləri
Şirkətin LinkedIn, Instagram, Facebook və digər sosial media hesablarının idarə
olunması və inkişaf etdirilməsi;
Sosial media üçün aylıq kontent planının
hazırlanması və icrası;
Sosial media postlarının, vizual materialların,
təqdimatların və digər marketinq kontentinin hazırlanması;
Şirkətin
həyata keçirdiyi layihələr, xidmətlər və yeniliklər haqqında peşəkar mətnlərin yazılması;
Korporativ veb-saytlar üçün məqalələrin, layihə təsvirlərinin və xidmət səhifələrinin
hazırlanması və yenilənməsi;
Layihələrə aid foto və video materialların
seçilməsi, redaktəsi və paylaşılması;
Şirkətin korporativ brend üslubunun
və vizual standartlarının qorunması;
Rəqəmsal reklam kampaniyalarının
planlaşdırılması və idarə olunması;
Sosial media və veb-sayt
göstəricilərinin izlənilməsi, nəticələrin təhlili və hesabatların hazırlanması;
Marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yeni ideya və təkliflərin irəli
sürülməsi.
Namizədə
tələblər
Marketinq, rəqəmsal marketinq və ya sosial media idarəçiliyi sahəsində iş
təcrübəsi;
Sosial media platformalarının və kontent idarəetmə alətlərinin
yaxşı səviyyədə mənimsənilməsi;
Canva, Adobe Photoshop və ya digər dizayn
proqramları ilə işləmək bacarığı;
Vizual kontent və sosial media postları
hazırlamaq bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı
kommunikasiya və mətn hazırlama bacarığı;
İngilis dilində peşəkar məzmun
hazırlamaq və redaktə etmək bacarığı;
WordPress və digər CMS
platformaları ilə işləmək bacarığı üstünlükdür;
Foto və video redaktə
proqramları ilə iş təcrübəsi üstünlükdür;
Süni intellekt əsaslı kontent
hazırlama alətlərindən istifadə bacarığı;
Yaradıcı düşüncə,
məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı.
Biz nə təklif
edirik?
Peşəkar və inkişafyönümlü iş mühiti;
Beynəlxalq marine, offshore, engineering və digər sənaye layihələri ilə tanışlıq
imkanı;
Şirkətin rəqəmsal marketinq strategiyasının inkişafında aktiv
iştirak;
Yeni ideyaları tətbiq etmək və peşəkar bacarıqları inkişaf
etdirmək imkanı;
Əməkhaqqı və digər şərtlər müsahibə zamanı müzakirə
olunur.
Maraqlanan namizədlər CV-lərini və mövcud olduğu
halda hazırladıqları iş nümunələrini (portfolio)Müraciət etdüyməsində qeyd olunan elektron poçt vasitəsilə, mövzu hissəsində
“Marketinq Meneceri” qeyd etməklə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
