Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Fiziki şəxslər üzrə problemli kreditlərlə bağlı məhkəməyəqədər mərhələdə iş aparır,
borclular və zaminlərlə əlaqə saxlayır, yazışmalar və ünvan səfərləri həyata keçirir, əmlak və gəlirlər barədə
müvafiq orqanlara sorğular göndərir.
Məhkəməyəqədər tədbirlər nəticə
vermədikdə, işi müəyyən edilmiş müddətdə məhkəməyə təqdim olunması üçün aidiyyəti üzrə
yönləndirir.
İcra mərhələsində icra sənədlərinin vaxtında və düzgün
icrasını təmin etmək məqsədilə icra məmurları ilə əməkdaşlıq edir, müraciət və vəsatətlər hazırlayır, ünvan
səfərlərində iştirak edir.
Borclunun əmlak və gəlirlərinin aşkar
edilməsi, tutmanın yönəldilməsi, əmlakın qiymətləndirilməsi və hərrac prosesində təşkilatı təmsil
edir.
Məhkəmə prosesindən icra mərhələsinədək müştəri və zaminlərlə
mütəmadi əlaqə saxlayır, sənədləşmə və rəsmi yazışmaları aparır.
Görülmüş
işlərin proqram üzrə qeydiyyatını aparır, borcların cari statusu və nəticələr barədə mütəmadi hesabat təqdim
edir.
Tələblər:
Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə,
Hüquq);
Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT
sahəsində iş təcrübəsinin olması üstünlükdür;
Sürücülük
vəsiqəsi;
Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək
bacarığı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi
üstünlükdür;
İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük
verilir.
İş barədə məlumat:
Əmək haqqı: 2000 AZN + (ƏH+bonus
birlikdə)
İş yeri: Bakı, Nərimanov rayonu.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban
komanda
5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan
namizədlər ilə əlaqə saxlanılır
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
