Vakansiya haqqında
İş barədə məlumat
Şirkətin kadr ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq işə qəbul
strategiyasının həyata keçirilməsi;
Headhunting vasitəsilə bazarda uyğun
və yüksək potensiala malik namizədlərin cəlb edilməsi;
Aktiv
vakansiyaların müvafiq platformalarda yerləşdirilməsi və daxil olan müraciətlərin
dəyərləndirilməsi;
Namizədlərlə onlayn və əyani müsahibələrin təşkili və
keçirilməsi;
Vakansiyalara uyğun qiymətləndirmə testlərinin hazırlanması
və tətbiqi;
Daxili komanda üzvlərinin loyallığının və məmnuniyyətinin
artırılmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi;
Team building
tədbirlərinin təşkili və komanda ruhunun gücləndirilməsi;
Employee
Branding istiqamətində layihə və tədbirlərin həyata keçirilməsi;
Internship proqramlarının təşkili və idarə olunması.
Qeyd: Kadr kargüzarlığı və sənədləşmə işləri outsource tərəfdaş şirkət
tərəfindən həyata keçirildiyi üçün bu vəzifənin öhdəliklərinə daxil deyil.
İş şəraiti
İş yeri: Elmlər metrosunun yaxınlığında yerləşən innovativ iş
mühiti;
Korporativ nömrə, mobil telefon və MacBook ilə təmin
olunma;
İş qrafiki: Həftədə 6 iş günü, 09:00–18:00; şənbə günü
qısaldılmış iş rejimi;
Mehriban, dinamik və inkişafyönümlü
komanda;
Peşəkar və karyera inkişafı, vəzifə artımı
imkanları;
Əmək haqqı: 1000 AZN (gross).
Namizədə dair tələblər
İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi;
Karyerasını uzunmüddətli perspektivdə İnsan Resursları sahəsində inkişaf etdirmək
istəyi;
Səlis və aydın kommunikasiya bacarığı;
Ali təhsil;
İngilis dili
biliyi;
Təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlərdən fotoşəkilli CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına, mövzu hissəsində“HR Manager (Recruiter)”qeyd etməklə göndərmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
