Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Tikinti layihələrinin memarlıq, mexaniki və elektrik cizgilərini təhlil
etmək;
Layihələr üzrə iş həcmlərini hesablamaq və BOQ
hazırlamaq;
İlkin və detallı smeta sənədlərini tərtib
etmək;
Material, əmək və mexanizm xərclərini
hesablamaq;
Tikinti materialları və işlər üzrə bazar qiymətlərini
araşdırmaq;
Tender sənədlərini və kommersiya təkliflərini
hazırlamaq;
Subpodratçı və təchizatçılardan qiymət təklifləri toplamaq və
müqayisə etmək;
Tender təkliflərinin texniki və maliyyə təhlilini
aparmaq;
Layihələr üzrə faktiki və planlaşdırılmış iş həcmlərini müqayisə
etmək;
Əlavə və dəyişiklik işlərinin (Variation Order) həcmini və
dəyərini hesablamaq;
Layihələrin maya dəyərinə və büdcəsinə nəzarət
etmək;
Aylıq hesabatları hazırlamaq və texniki şöbə rəhbərinə təqdim
etmək.
Namizədə əsas tələblər:
Ali təhsil (İnşaat mühəndisliyi və ya tikinti iqtisadiyyatı);
Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
BOQ və
smeta hazırlamaq bacarığı;
AutoCAD və MS Excel proqramları üzrə
biliklər;
Tender və qiymət analizi sahəsində
təcrübə;
Layihə cizgilərini oxumaq və təhlil etmək
bacarığı;
Analitik düşünmə, dəqiqlik və
məsuliyyətlilik.
İş şəraiti:
5 günlük iş qrafiki;
İş saatları:
09:00–18:00;
Rəqabətli əmək haqqı;
Rəsmi əmək müqaviləsi.
CV-lərinizi WhatsApp vasitəsilə +994 50 200 81 00 nömrəsinə
göndərməyiniz xahiş olunur. Müraciət zamanı vakansiyanın adını – “Smeta və tender üzrə mühəndis”
qeyd etməyiniz vacibdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
