Vakansiya haqqında
Caspian Energy Club komandası Biznes Əlaqələri üzrə Koordinator axtarır.
Vəzifə öhdəlikləri
Yeni korporativ müştərilərin və şirkətlərin aktiv şəkildə axtarılması, potensial
şirkətlərin və qərarverici şəxslərin müəyyənləşdirilməsi və cəlb edilməsi
Bazarın və müxtəlif sektorların araşdırılması, yeni şirkətlər bazasının formalaşdırılması və
mütəmadi yenilənməsi
Şirkət rəhbərləri və top-menecerlərlə əlaqələrin
qurulması, görüşlərin planlaşdırılması, təşkili və keçirilməsi
Şirkətlərə
Caspian Energy Club-un üzvlüyünün, layihələrinin, tədbirlərinin və digər xidmətlərinin təqdim
edilməsi
Kommersiya təkliflərinin hazırlanması və təqdim
edilməsi
Danışıqların aparılması, satış prosesinin koordinasiyası və
satış planlarının yerinə yetirilməsi
Yeni satış imkanlarının və biznes
inkişafı üzrə ideyaların müəyyənləşdirilməsi və irəli sürülməsi
Görüşlər,
satışlar və görülən işlər üzrə mütəmadi hesabatların hazırlanması
Caspian
Energy Club-u görüşlərdə, forumlarda, sərgilərdə, biznes tədbirlərində və digər platformalarda təmsil
etmək
Rəhbərliyin tapşırıqlarının operativ və məsuliyyətli şəkildə icra
olunması
Tələblər
Yaş: 21–30
Korporativ satış və ya B2B
satış sahəsində minimum 1 il iş təcrübəsi
Azərbaycan dilində səlis
danışıq və qrammatik yazı bacarığı — mütləqdir
Rus və ya ingilis
dillərini sərbəst danışıq səviyyəsində bilməsi və qrammatik yazı bacarığı üstünlükdür
Şirkət rəhbərləri, top-menecerlər və qərarverici şəxslərlə ünsiyyət qurmaq
bacarığı
Güclü kommunikasiya, danışıqlar aparmaq, təqdimat və inandırma
bacarığı
Aktiv müştəri axtarışı, soyuq əlaqələr qurmaq və müştəri cəlb
etmək bacarığı
MS Office proqramları ilə işləmək
bacarığı
Məsuliyyətli, punktual, enerjili və nəticəyönümlü
olmaq
Stressə davamlı və intensiv iş rejiminə uyğunlaşa
bilmək
Komandada işləmək və rəhbərliyin tapşırıqlarını operativ icra
etmək bacarığı
Xarici və yerli biznes səfərlərində, forumlarda və
tədbirlərdə iştirak etməyə hazır olmaq
İşgüzar görünüş və peşəkar
davranış
Yeni biliklərə, inkişaf etməyə və karyera qurmağa yüksək
motivasiya
Üstünlük veriləcək
Hazır korporativ müştəri bazası olan namizədlərə
B2B satış, biznes inkişafı, marketinq, reklam və media sahəsində təcrübəsi
olanlara
Şirkət rəhbərləri və top-menecerlərlə iş təcrübəsi
olanlara
Aktiv networking və biznes tədbirlərində, forumlarda iştirak
təcrübəsi olanlara
Yeni şirkətləri və tərəfdaşları müstəqil şəkildə tapıb
cəlb edə bilən namizədlərə
Rəsmi qeydiyyat, əməkhaqqı və yüksək bonus
İlk gündən rəsmi əmək müqaviləsi, maaşlar və bonuslar rəsmi maaş kartına
ödənilir.
Əməkhaqqı: 600–800 AZN
Aylıq bonuslar: 1 500–4 500 AZN
Nəticələrdən asılı
olaraq ümumi gəlir daha yüksək ola bilər.
Maraqlı olan namizədlər şəkilli CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərib, mövzu hissəsində “Biznes əlaqələri üzrə koordinator” qeyd etməlidirlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
