Vakansiya haqqında
Komandamıza İT sahəsində satış və biznesin inkişafı istiqamətində çalışacaq mütəxəssis
axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Potensial korporativ müştərilərin müəyyən edilməsi və yeni biznes əlaqələrinin
qurulması;
Şirkətin təqdim etdiyi İT məhsul və xidmətlərinin müştərilərə
təqdim edilməsi və satışının həyata keçirilməsi;
Müştəri görüşlərinin,
təqdimatların və kommersiya danışıqlarının aparılması;
Mövcud
müştərilərlə işgüzar münasibətlərin davam və inkişaf etdirilməsi;
Satış
hədəflərinin yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
B2B satış sahəsində ən az 2 il iş təcrübəsi;
İT məhsulları, proqram təminatı və texnoloji həllər haqqında baza
bilikləri;
Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun İT həllini
təqdim etmək bacarığı;
Güclü ünsiyyət, təqdimat və müştəri ilə iş
bacarıqları.
Üstünlük veriləcək namizədlər:
Proqram təminatı, şəbəkə həlləri və ya digər İT məhsullarının satışında təcrübəsi
olanlar;
Texniki komandalarla əməkdaşlıq edərək müştəri tələblərini uyğun
həllərə çevirə bilənlər.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan poçt
ünvanı üzərindən göndərə bilərlər. Mövzu hissəsində IT Sales Specialist qeyd olunması xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
