Vakansiya haqqında
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
Tikinti ərazisində ilkin topoqrafik və geodeziya ölçmə işlərinin
aparılması;
Tikinti sahəsinin koordinatlarının və yüksəklik
göstəricilərinin müəyyən edilməsi;
Layihə üzrə bina və digər tikililərin
ərazidə düzgün yerləşdirilməsinin təmin olunması;
Bina oxlarının,
fundamentlərin, sütunların, divarların və digər konstruktiv elementlərin layihəyə uyğun olaraq yerə köçürülməsi və
nişanlanması;
Tikinti prosesində lazım olan ölçmə, yoxlama və nəzarət
işlərinin həyata keçirilməsi;
Fundament, monolit konstruksiyalar,
mərtəbələr və digər tikinti elementləri üzrə geodeziya nəzarətinin aparılması;
Layihə koordinatları ilə faktiki ölçmə nəticələrinin müqayisə edilməsi və kənarlaşmaların
müəyyənləşdirilməsi;
Tikinti işlərinin layihə göstəricilərinə və texniki
tələblərə uyğunluğunun yoxlanılması;
Lazım gəldikdə, faktiki vəziyyət
üzrə ölçmələrin aparılması və icra sənədləri üçün məlumatların hazırlanması;
Ölçmə nəticələrinin düzgün qeydiyyatının aparılması və müvafiq hesabatların təqdim
edilməsi;
Tikinti sahəsinin mühəndisləri, sahə rəisləri və digər texniki
heyətlə koordinasiyalı işləmək;
Ölçmə işləri zamanı dəqiqliyin, texniki
təhlükəsizliyin və iş intizamının qorunması.
Tələblər:
Müvafiq təhsilin olması.
Sahə üzrə
minimum 10 il praktiki iş təcrübəsi.
Şəxsi topoqrafik
avadanlıqların olması mütləqdir.
Tikinti layihələrini və texniki
çertyojları oxumaq bacarığı.
Koordinat, yüksəklik və geodeziya ölçmələri
üzrə biliklər.
Məsuliyyətli, dəqiq və intizamlı
olmaq.
Tapşırıqları müstəqil və vaxtında yerinə yetirmək
bacarığı.
İş prosesində texniki təhlükəsizlik qaydalarına riayət
etmək.
Uyğun namizədlər öz CV məlumatlarınıMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına yollaya bilər.
Yalnız avadanlığı olan namizədlərin müraciəti qeydə alınacaqdır. Avadanlığın CV və ya maildə qeyd olunması
mütləqdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
