Vakansiya haqqında
İki fərqli Satış obyektlərimizə
“Xadimə” axtarırıq
Vəzifə
öhdəlikləri:
Müəssisənin inzibati və digər təyinatlı sahələrində təmizlik, səliqə-sahman və
sanitariya-gigiyena normalarına uyğun işlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsini təmin
etmək
İş otaqları, iclas zalları, dəhlizlər, pilləkənlər, giriş
hissələri, sanitar qovşaqlar və digər ümumi istifadə sahələrinin gündəlik təmizliyini həyata
keçirmək
İş yerlərində tozlanmanın, çirklənmənin və gigiyenik normalara
uyğun olmayan halların qarşısını almaq üçün mütəmadi təmizlik işləri aparmaq
Sanitar qovşaqların daim təmiz, səliqəli və istifadəyə yararlı vəziyyətdə saxlanılmasını təmin
etmək
Təmizlik zamanı istifadə olunan yuyucu, dezinfeksiyaedici və digər
vasitələrdən təlimatlara uyğun, təhlükəsiz və səmərəli istifadə etmək
Təmizlik vasitələri, inventarlar və digər iş avadanlıqlarından düzgün istifadə etmək, onların
qorunub saxlanılmasına diqqət yetirmək
Təmizlik üçün tələb olunan
materialların ehtiyatına nəzarət etmək, çatışmazlıqlar barədə rəhbərliyə vaxtında məlumat
vermək
Məişət tullantılarının toplanması, çeşidlənməsi və müəyyən olunmuş
qaydada utilizasiya olunmasını təmin etmək
İş gününün əvvəlində və ya
sonunda iş sahələrinin təmizliyini yoxlamaq, zəruri hallarda əlavə təmizlik işləri aparmaq
Müəssisədə keçirilən tədbirlər, görüşlər və xüsusi iş rejimi zamanı ərazilərin səliqəyə
salınmasını və təmiz saxlanılmasını təmin etmək
İş yerində əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət
etmək
İş prosesində məxfilik prinsiplərinə əməl etmək, iş otaqlarında
olan sənəd və əşyalara qarşı diqqətli və məsuliyyətli davranmaq
Rəhbərliyin xidməti fəaliyyətlə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə
yetirmək
Namizədə
tələblər:
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək
bacarığı
Təmizlik vasitələri və avadanlıqlarından düzgün və təhlükəsiz
istifadə bacarığı
Komandada işləmək və əməkdaşlarla effektiv ünsiyyət
qurmaq bacarığı
İş qrafikinə və müəssisənin daxili nizam-intizam
qaydalarına riayət etmək
İş şəraiti:
İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)
Əmək haqqı: 500-600 AZN (nett)
Ünvanlar: Şirinpay
restoranı (Qala qəsəbəsi filialı) və Mərkəzi Mətbəx (Nərimanov rayonu)
Maraqlanan namizədlər CV-lərini mövzu
hissəsində“Xadimə” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
