Vakansiya haqqında
VS Avto Servis MMC-də yük avtomobillərinin kuzovlarının hazırlanması, yığılması və
təmiri, metal konstruksiyaların qaynaq vasitəsilə birləşdirilməsi, metal hissələrin bərpası və digər qaynaq
işlərinin yerinə yetirilməsi.
Vəzifə öhdəlikləri:
Yük avtomobillərinin kuzovlarının yığılması və təmiri üzrə qaynaq işlərini yerinə
yetirmək;
Metal konstruksiyaların, bortların, çərçivələrin və profillərin
qaynaq işlərini aparmaq;
Metal hissələri ölçüyə uyğun hazırlamaq və
birləşdirmək;
Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini təmin
etmək;
Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün istifadə
etmək;
İş yerində təmizliyə, nizam-intizama və təhlükəsizlik qaydalarına
riayət etmək;
Verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə
yetirmək.
Namizədə dair tələblər:
Qaynaqçı vəzifəsi üzrə iş təcrübəsinin olması arzuolunandır;
Elektrik qaynağı və digər müvafiq qaynaq üsullarını bilmək;
Metal materiallarla işləmək və texniki ölçüləri oxumaq bacarığı;
Qaynaq aparatlarından və müvafiq alətlərdən istifadə etmək bacarığı;
Texniki çertyojları oxumaq bacarığı üstünlükdür;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Əməyin mühafizəsi və
yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
İş şəraiti:
İş yeri: VS AVTO SERVİS MMC-nin istehsalat sahəsi;
İş istiqaməti: Yük avtomobillərinin kuzovlarının istehsalı, yığılması və
təmiri;
İş qrafiki: Müəssisə tərəfindən müəyyən edilmiş
qaydada;
İş yeri Xırdalan şəhərində yereləşir.
Əmək haqqı müsabiqə əsasında təyin olunur
Əlaqə 010-256-10-24
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
