Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Baş mühəndis rəhbərliyi altında layihələrin idarə edilməsi prosesinə yaxından dəstək
göstərmək;
Layihələndirilən obyektə dair tələbləri müəyyən
etmək;
Layihələrin icrası ilə bağlı sənədlərin (qiymət təklifi, layihə
tapşırığı, məktublar, təhvil-təslim aktları, arayışlar, hesabatlar və s.) hazırlanmasını və müvafiq qaydada
rəsmiləşdirilməsini təşkil etmək;
Layihənin miqyası, iş həcmi və icra
müddətinə əsasən iş bölgüsünü aparmaq, iş qrafikini hazırlamaq və onun icrasına nəzarət etmək;
Layihələndirmə və tikinti prosesində sifarişçi, podratçı, layihəçilər və müqavilə əsasında
cəlb olunan kənar mütəxəssislər arasında koordinasiyanı təmin etmək;
Layihə iştirakçıları və müxtəlif bölmələr iştirakçılar arasında məlumat mübadiləsini və
koordinasiyasını təşkil etmək;
Layihənin icra vəziyyətini izləmək,
işlərin müəyyən edilmiş müddətlərə uyğun olaraq yerinə yetirilməsinə nəzarət etmək və yaranan məsələlərin aidiyyəti
şəxslərlə koordinasiyasını təmin etmək;
Layihə-smeta sənədlərinin qüvvədə
olan normativ tələblərə, texniki şərtlərə və layihə tapşırığına uyğunluğunu yoxlamaq;
Layihələrin aidiyyəti dövlət qurumları və təşkilatlarla razılaşdırılması prosesini
koordinasiya etmək;
Layihələrin ekspertiza prosesini izləmək, bu
çərçivədə qaldırılan məsələlərin aidiyyəti layihəçilər tərəfindən həllini koordinasiya etmək və müvafiq rəylərin
alınmasını təmin etmək;
Layihə üzrə daxil olan məktub, irad, rəy və digər
sənədlərin aidiyyəti şəxslərə yönləndirilməsini təmin etmək, həmçinin onların cavablandırılması prosesini
izləmək;
Layihələrin icra vəziyyəti barədə rəhbərliyə mütəmadi məlumat və
hesabatlar təqdim etmək.
Namizəd bilməlidir:
Layihələndirmə metodlarını;
Layihə-smeta
sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər
materialları;
Layihələrin idarə edilməsi və layihələndirmə proseslərinin
təşkili prinsiplərini;
Layihələndirmə və tikinti sahəsində qabaqcıl
təcrübəni;
Tikinti və layihələndirmə sahəsinə aid normativ-texniki
sənədləri və əsas tələbləri;
Layihə-smeta sənədlərinin hazırlanması,
rəsmiləşdirilməsi və təqdim edilməsi qaydalarını;
Layihələrin aidiyyəti
qurumlarla razılaşdırılması və ekspertiza prosesinin təşkili prinsiplərini;
Layihələrin planlaşdırılması, iş bölgüsünün aparılması və icra müddətlərinin izlənilməsi
metodlarını;
Sənədləşmə, yazışma və layihə arxivinin təşkili
qaydalarını.
Tələblər
Müvafiq sahə üzrə ali
təhsil;
Layihələrin idarə
edilməsi və ya layihələndirmə sahəsində ən azı 5 il iş təcrübəsi;
Layihələndirmə prosesləri və layihə-smeta sənədləri ilə
işləmək təcrübəsi;
Tikinti norma və qaydalarına dair
biliklər;
MS Office proqramlarında
sərbəst işləmə bacarığı;
AutoCAD proqramında işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dili
bilikləri arzuolunandır);
Sənədlərlə işləmə və koordinasiya bacarığı;
Bir neçə layihəni eyni vaxtda idarə etmək və
prioritetləri müəyyənləşdirmək bacarığı;
Komandada işləmək bacarığı;
Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı.
Ümumi məlumat:
İş yeri: Bakı şəhəri;
İş rejimi: 5
günlük iş həftəsi/ 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00 –
14:00;
Əməkhaqqı: Müsahibə əsasında təyin
ediləcəkdir;
İşəqəbul: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən
rəsmiləşdirilir.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
