Vakansiya haqqında
Təsvir:
Potensial B2B partnyorların (avtosalonlar, məişət texnikası, mebel mağazaları və s.)
axtarışı və mütəmadi sahə (field) ziyarətlərinin həyata keçirilməsi;
Biznes sahibləri və qərarverici şəxslərlə birbaşa görüşlərin təşkili, partnyorluq krediti və
avtolizinq məhsullarının təqdimatının aparılması;
Yeni korporativ
müştərilərin (mağazaların) şəbəkəyə cəlb edilməsi və onbordinq (müqavilələrin rəsmiləşdirilməsi) prosesinin
izlənməsi;
Gündəlik görüşlər, hədəf kütlədən gələn rəylər və satış qıfı
barədə CRM/hesabat cədvəllərinin doldurulması.
Tələblər:
B2B satış, korporativ satış və ya müştəri cəlbi sahəsində mütləq iş
təcrübəsi;
Hazır müştəri bazasına (mağazalar, riteyl şəbəkələri,
avtosalonlar, sahibkarlarla əlaqələrə) sahib olmaq namizəd üçün çox böyük üstünlük hesab
olunacaq;
Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili biliyi
(arzuolunandır və seçim zamanı əlavə üstünlük qazandıracaq);
Yüksək
kommunikasiya, təqdimat və inandırma bacarıqları (biznes sahibləri ilə onların dilində danışma
bacarığı);
Aktiv, dinamik iş rejimində işləmək həvəsi və nəticəyə (KPI)
yönümlülük.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
