Vakansiya haqqında
“AZ CONSTRUCTION A” MMC Texniki Ofis Mühəndisi vakansiyası elan
edir!
“AZ CONSTRUCTION A” MMC tikinti layihələri üzrə komandasına texniki
sənədləşmə və layihə işləri sahəsində təcrübəsi olan Texniki Ofis Mühəndisi axtarır!
Vəzifə öhdəlikləri:
Tikinti işləri üzrə texniki sənədlərin, layihə çertyojlarının və iş həcmlərinin
hazırlanması və yoxlanılması;
Görülmüş işlərin həcmlərinin ölçülməsi,
ölçü cədvəllərinin və icra sənədlərinin tərtib edilməsi;
Materialların
silinməsi və istifadəsi üzrə sənədlərin hazırlanması, faktiki sərfiyyatın yoxlanılması və nəzarətdə
saxlanılması;
Anbar üzrə materialların mədaxil və məxaricinin,
qalıqlarının və hərəkətinin izlənilməsi;
Smeta sənədlərinin hazırlanması,
yoxlanılması və faktiki görülmüş iş həcmləri ilə müqayisə edilməsi;
Material sərfiyyatının smeta və layihə göstəricilərinə uyğunluğuna
nəzarət;
Tikinti sahəsindən daxil olan məlumatların sistemləşdirilməsi və
müvafiq hesabatların hazırlanması;
Sahə mühəndisləri, iş icraçıları,
anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işin təşkili.
Namizədə tələblər:
Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali
təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Smeta, material sərfiyyatı, silinmə sənədləri və anbar uçotu üzrə bilik və
təcrübə;
AutoCAD, MS Excel və MS Office proqramları ilə işləmək
bacarığı;
Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək
bacarığı;
Dəqiqlik, analitik düşüncə və
məsuliyyətlilik.
İş şəraiti
İş yeri: Xocavənd və Ağdam şəhəri
İş günləri: Həftənin 5 günü
İş saatları: 09:00–18:00
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında
müəyyən edilir.
Rəsmi əmək müqaviləsi
Peşəkar və işgüzar iş mühiti
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki Ofis
Mühəndisi”başlığıMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
