Vakansiya haqqında
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat, ofisdə (həftədə 5 gün, 09:00–18:00)
PROSYS MMC dövlət və özəl təşkilatlarda istifadə olunan HRMpro insan
resurslarının idarə edilməsi sistemi üzrə Product Owner / Project Manager vəzifəsinə əməkdaş
axtarır. Bu vəzifə iki istiqaməti birləşdirir. Birincisi, məhsulun özüdür: HRMpro-nun inkişaf istiqamətini
müəyyənləşdirmək, tələbləri prioritetləşdirmək və nəticəni qəbul etmək. İkincisi, müştəri layihələridir: HRMpro-nun
müştərilərdə tətbiqini və inkişaf layihələrini vaxtında, razılaşdırılmış həcmdə və keyfiyyətdə başa çatdırmaq.
Namizəd kadr, əmək haqqı və iş vaxtı proseslərini, əmək qanunvericiliyini dərindən bilməli, biznes analitiklər,
proqramçılar, test komandası və müştəri ilə birlikdə işi sonadək aparmağı
bacarmalıdır.
Əsas vəzifələr
Məhsulun idarə edilməsi (Product Owner)
HRMpro üzrə məhsul vizyonunu və yol xəritəsini (roadmap) hazırlamaq, rəhbərliklə
razılaşdırmaq və mütəmadi yeniləmək;
Product Backlog-u idarə etmək:
tələbləri dəyər, səy və risk baxımından prioritetləşdirmək, sprint planlamasında iştirak etmək;
Müştərilərdən, daxili komandalardan və tətbiq layihələrindən gələn tələbləri toplamaq, təhlil
etmək və mövcud funksionallıqla tutuşdurmaq; təkrarlanan və artıq mövcud olan istəkləri ayırmaq, müxtəlif
müştərilərin oxşar istəklərini vahid həllə yönəltmək;
Kadr uçotu, əmək
müqavilələri və əmrlər, əmək haqqının hesablanması, məzuniyyətlər, iş vaxtının uçotu (tabel, növbə) və digər HRM
prosesləri üzrə biznes proseslərini təhlil etmək, modelləşdirmək və optimallaşdırmaq;
Tələbləri User Story, qəbul meyarları (Acceptance Criteria) və funksional spesifikasiya
şəklində sənədləşdirmək;
Əmək və vergi qanunvericiliyindəki, sosial
sığorta və hesabat qaydalarındakı dəyişiklikləri izləmək, onların məhsula təsirini qiymətləndirmək və vaxtında
tətbiqini təmin etmək;
Hazırlanmış funksionallığı qəbul meyarlarına görə
yoxlamaq, qəbul etmək və ya geri qaytarmaq; buraxılış (release) qeydlərini və istifadəçi təlimatlarının
yenilənməsini təşkil etmək.
Layihələrin idarə edilməsi (Project Manager)
HRMpro-nun müştərilərdə tətbiqi və inkişaf layihələri üçün layihə planını
hazırlamaq: həcm, mərhələlər, müddətlər, resurslar və büdcə;
Müştəri ilə
texniki tapşırığı, layihə həcmini və təhvil şərtlərini razılaşdırmaq; həcm dəyişikliklərini qiymətləndirmək və
rəsmiləşdirmək;
Biznes analitiklər, proqramçılar və test komandası
arasında işləri bölüşdürmək, gedişatı izləmək və gecikmələrin qarşısını vaxtında almaq;
Layihə risklərini və asılılıqlarını müəyyənləşdirmək, onlar üzrə tədbir planı
hazırlamaq;
Məlumatların köçürülməsini (miqrasiya), sistemin
quraşdırılmasını, istifadəçilərin təlimini və canlı istifadəyə keçidi təşkil etmək;
Rəhbərliyə və müştəriyə müntəzəm status hesabatı vermək, layihə görüşlərini aparmaq və
protokollaşdırmaq;
Mərhələlərin təhvil-qəbul sənədlərini hazırlamaq,
layihəni bağlamaq və nəticələri təhlil etmək.
Tələblər
Product Owner, layihə rəhbəri, biznes analitik və ya oxşar vəzifədə ən azı 4 il iş
təcrübəsi; bunun ən azı 2 ili proqram təminatı layihələrinin idarə edilməsi üzrə olmalıdır;
HRM və ya əmək haqqı proqram təminatının hazırlanması və ya tətbiqi üzrə
təcrübə;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək
münasibətlərini tənzimləyən normativ-hüquqi aktları dərindən bilmək;
Əmək
haqqının, məzuniyyət haqqının, son haqq-hesabın, vergi və sosial sığorta ayırmalarının hesablanması üzrə praktiki
təcrübə;
Kadr uçotu, əmək müqavilələri, iş vaxtının uçotu və
məzuniyyətlərin idarə edilməsi proseslərini dərindən anlamaq;
Biznes
ehtiyaclarını toplamaq və funksional tələblərə çevirmək; User Story və qəbul meyarları yazmaq
təcrübəsi;
Agile/Scrum və ənənəvi (mərhələli) layihə idarəetmə
yanaşmalarını bilmək və tətbiq etmək;
Layihənin planlaşdırılması, müddət,
büdcə və risklərin idarə edilməsi təcrübəsi; MS Project və ya oxşar planlama alətləri ilə
işləmək;
Jira və ya oxşar tapşırıq idarəetmə alətləri ilə işləmək
bacarığı;
Məlumatı yoxlamaq üçün SQL-də sadə sorğular yaza
bilmək;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, rus və ya
ingilis dilini işgüzar səviyyədə bilmək;
Liderlik, qərar vermə və
prioritetləşdirmə bacarığı, müştəri ilə danışıqlar aparmaq və komandanı ortaq nəticəyə yönəltmək.
Üstünlük sayılır
Kadr və ya əmək haqqı şöbəsində işləmiş olmaq;
Dövlət və ya büdcə təşkilatlarında HRM və ya ERP sistemlərinin tətbiqinə rəhbərlik
etmək;
Layihə idarəetməsi sertifikatı (PMP, PRINCE2, IPMA və s.) və ya
Product Owner sertifikatı (PSPO, CSPO və s.);
BPMN ilə proses
modelləşdirmə, prototip və maket alətləri (Figma və s.) ilə işləmək təcrübəsi.
Biz nə təklif edirik?
Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əmək haqqı;
5 günlük iş həftəsi (09:00–18:00);
Ölkədə istifadə
olunan HRM məhsulunun inkişaf istiqamətini və onun tətbiq layihələrini idarə etmək imkanı;
Peşəkar inkişaf və karyera yüksəlişi;
Təcrübəli
analitik, proqramçı və test komandası ilə əməkdaşlıq.
CV-nizi mövzu sətrində “Product Owner / Project Manager (HRMpro)” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərin. Yalnız müsahibəyə dəvət olunan namizədlərlə əlaqə saxlanılacaq.
HRM proseslərini rəqəmsal həllərə çevirən komandaya qoşulun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
