Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Obyektlərə yerində baxış keçirmək, otaq və sahələrin dəqiq ölçülərini götürmək,
mövcud vəziyyəti və texniki xüsusiyyətləri qeydə almaq;
Aparılmış ölçülər
əsasında ölçü planlarını və çertyojları hazırlamaq;
Obyekt üzrə toplanmış
məlumatları ofisdə sistemləşdirmək, emal etmək və layihələndirmə üçün hazırlamaq;
Götürülmüş ölçülər və verilmiş texniki tapşırıqlar əsasında memarlıq çertyojlarını hazırlamaq
və tərtib etmək;
Otaqların planlarını, avadanlıqların yerləşmə planlarını
və layihə üzrə tələb olunan digər çertyojları hazırlamaq, zəruri düzəlişlər etmək;
Ölçü nəticələrini elektron formata köçürmək, çertyojların dəqiqliyini və obyektin faktiki
vəziyyətinə uyğunluğunu təmin etmək;
Hazırlanmış layihə sənədlərini
layihənin tələblərinə uyğun olaraq DWG (AutoCAD) və ya PLN (ArchiCAD) formatlarında elektron şəkildə təhvil
vermək;
Memarın tapşırıqları və qeydləri əsasında çertyojlara müvafiq
düzəlişlər etmək;
İşlərin müəyyən edilmiş müddətlərdə yerinə
yetirilməsini və layihə sənədlərinin tərtibatı üzrə şirkətin daxili standartlarına riayət olunmasını təmin
etmək.
Tələb olunan bilik və bacarıqlar:
Çertyojları düzgün oxumağı və başa düşməyi bacarmalı;
Obyekt və ərazi üzrə düzgün orientasiyası olmalı;
Obyektdə dəqiq ölçülər götürməyi bacarmalı(divar ölçüləri, hündürlüklər, məsafələr və digər
zəruri ölçülər);
Obyektə gedərək bütün lazımi ölçüləri düzgün şəkildə
qeyd etməli və əldə etdiyi məlumatları sistemləşdirə bilməli;
Ərazinin və
obyektin mövcud çertyojlarını proqramda işləyə bilməli, götürülmüş ölçüləri proqram təminatına düzgün şəkildə
köçürməyi bacarmalı;
Tikinti işlərinin layihəyə və verilmiş plana
uyğunluğuna nəzarət etməyi bacarmalı;
DWG proqramını yaxşı səviyyədə
bilməli;
ArchiCAD formatı ilə işləmək bacarığı
arzuolunandır.
Tələb olunan təhsil, iş təcrübəsi:
Təhsil: Ali (Müvafiq sahə üzrə);
Sahə
üzrə minimum 1 il iş təcrübəsi;
Həm Bakı şəhərində, həm də regionlarda
işləməyə açıq olmalı;
Şəxsi avtomobilinin olması tələb
olunur;
Kollektivlə işləmək bacarığı;
Məsuliyyətli, intizamlı və operativ olmaq.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5
gün);
İş saatları:
09:00-18:00;
İş yeri:
Ərazi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli
əməkhaqqı;
Peşəkar komanda
mühiti;
Şirkət hesabına
korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə
“Çertyojçu (Draftsman)”yazaraqMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
