Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kontakt Home

Junior Project Manager / Delivery Manager

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq. Vəzifə öhdəlikləri: Veb və mobil qruplar üzrə tapşırıqların statuslarının Jira-da monitorinq edilməsi; Tapşırıq izləmə sistemində statusların, müddətlərin və icraçıların aktuallığına nəzarət edilməsi; Rəhbər üçün tapşırıqların statusu barədə müntəzəm hesabatların hazırlanması; Rəhbərin tapşırığı ilə komandaların koordinasiyası: qarşılıqlı əlaqənin təşkili, razılaşmaların icrasına nəzarət edilməsi; Xarici podratçı komandası ilə kommunikasiya: statusların və müddətlərin sorğulanması; Hesabatlar və təqdimatlar üçün məlumatların toplanması və hazırlanması; Rəhbərin maneələr və risklər barədə vaxtında məlumatlandırılması; Görüşlərin təşkili, protokolların aparılması, nəticələrin göndərilməsi. Namizədə tələblər: Tələblər Azərbaycan və rus dillərini sərbəst bilmək (şifahi və yazılı); IT sahəsində ən azı 6 ay iş təcrübəsi: koordinator, assistent, QA, analitik və ya layihə komandasında təcrübəçi; Proqram təminatının hazırlanması prosesini anlamaq: tapşırıqların qoyulması, testləşdirmə, relizlər. Jira və ya analoji tapşırıq izləmə sistemi ilə iş təcrübəsi; Excel və ya Google Sheets proqramlarını inamla bilmək; Savadlı yazılı nitq; Mütəşəkkillik, detallara diqqət, müddətlərə riayət; İşgüzar ünsiyyət bacarığı; Üstünlük hesab olunur Layihə idarəetməsi üzrə ixtisaslaşmış təhsil və ya kurslar da iştirak edən namizədlər; Scrum və Kanban metodologiyalarını bilmək; Elektron ticarət və ya mobil tətbiq hazırlanması sahəsində təcrübə. Biz nə təklif edirik? Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və müasir iş mühiti; Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar. İş şəraiti: İş yeri: Bakı; İş qrafiki: 5 günlük - (09:00-18:00). Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.