Vakansiya haqqında
Tələblər:
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Ali təhsil;
Azərbaycan dilini mükəmməl, rus və
ingilis dillərini bilməsi üstünlükdür;
Yüksək təşkilatçılıq, problem həll
etmə, işgüzar ünsiyyət və analitik düşünmə bacarıqlarına malik olmaq;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Məsuliyyətli, intizamlı olmaq;
MS Office, 1C 8.3
proqramları və ofis avadanlıqları ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Ofisə daxil olan telefon zənglərini qəbul etmək və aidiyyəti şəxslərə
yönləndirmək;
Daxil olan elektron məktub və yazışmaların operativ şəkildə
aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
İş prosesi ilə bağlı yaranan
məsələlər və problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
Ofisə gələn müştəri, tərəfdaş və qonaqları qarşılamaq və yönləndirmək;
Rəhbərin qəbuluna gələn şəxslərin qəbul prosesini koordinasiya etmək;
Onlayn görüşləri planlaşdırmaq, təşkil etmək və idarə etmək;
Nəqliyyat xidmətlərinin sifarişini vermək və icrasına nəzarət etmək;
Zərurət yarandıqda rəhbərlik üçün çay və digər xidmətlərin təşkilini təmin
etmək;
İclasların təşkilini həyata keçirmək və aidiyyəti əməkdaşları
məlumatlandırmaq;
Rəhbərin və ofis menecerinin verdiyi tapşırıqları
vaxtında və düzgün icra etmək.
İş şəraiti:
5 günlük iş qrafiki (Bazar ertəsi – Cümə);
İş saatları: 09:00 – 18:00;
Əmək qanunvericiliyinə
uyğun rəsmiləşdirmə;
Rəqabətli əməkhaqqı;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Korporativ və dinamik iş mühiti;
Təlim və inkişaf
proqramlarında iştirak imkanı.
Maraqlanan namizədlər öz CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
