Vakansiya haqqında
İş yeri: Qarabağ bölgəsi, Azərbaycan
İş rejimi: Tam iş günü
Vakansiya haqqında
Crystal Group of Companies Qarabağ bölgəsində həyata keçirilən tikinti layihəsinə
rəhbərlik etmək üçün peşəkar və təcrübəli Layihə Rəhbəri axtarır.
Namizəd tikinti layihəsinin bütün mərhələlərinin planlaşdırılması, təşkili, koordinasiyası və
idarə edilməsinə, tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, texniki tələblərə, keyfiyyət
standartlarına və müəyyən edilmiş müddətlərə uyğun icrasına cavabdeh olacaqdır.
Bu vəzifə tikinti sahəsində geniş praktiki təcrübəyə, güclü idarəetmə bacarıqlarına və
çoxmərtəbəli yaşayış və digər bina tikintisi layihələrinin rəhbərliyində uğurlu iş təcrübəsinə malik mütəxəssislər
üçün nəzərdə tutulub.
Əsas vəzifə öhdəlikləri
Tikinti layihəsinin başlanğıc mərhələsindən tamamlanmasına qədər bütün proseslərin
planlaşdırılmasını, təşkilini və idarə edilməsini təmin etmək;
Layihənin
təsdiq olunmuş iş qrafikinə, büdcəsinə, texniki şərtlərə və keyfiyyət standartlarına uyğun icrasına rəhbərlik
etmək;
Tikinti-quraşdırma işlərinin layihə və smeta sənədlərinə, texniki
spesifikasiyalara, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək;
Tikinti sahəsində gündəlik iş proseslərini təşkil etmək, işlərin gedişatını izləmək və müəyyən
edilmiş hədəflərə nail olunmasını təmin etmək;
Sahə mühəndislərinin, iş
icraçılarının, texniki heyətin və digər layihə əməkdaşlarının fəaliyyətini əlaqələndirmək və idarə
etmək;
Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya
etmək, görülən işlərin keyfiyyətini və icra müddətlərini nəzarətdə saxlamaq;
Layihənin icrası üçün tələb olunan işçi qüvvəsi, texnika, avadanlıq və tikinti materiallarına
olan ehtiyacları müəyyənləşdirmək və təminat prosesini əlaqələndirmək;
Layihənin icrası zamanı yaranan texniki və təşkilati problemləri operativ şəkildə müəyyən
etmək, onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
Tikinti
işlərinin keyfiyyətinə, görülmüş işlərin həcminə və texniki uyğunluğuna nəzarət etmək;
İş qrafikindən kənarlaşmaları, əlavə xərcləri və mümkün riskləri müəyyən etmək, qabaqlayıcı
tədbirlər hazırlamaq;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın
təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək;
Sifarişçi, texniki nəzarət, layihələndirmə təşkilatları və digər əlaqəli tərəflərlə işgüzar
əməkdaşlığı təmin etmək;
Layihənin gedişatı, görülmüş işlərin həcmi,
resurslardan istifadə, büdcə və mövcud risklərlə bağlı dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim
etmək;
Layihənin müəyyən edilmiş müddətdə, tələb olunan keyfiyyətdə və
təsdiq olunmuş büdcə çərçivəsində tamamlanmasını təmin etmək.
Namizədə dair tələblər
İnşaat mühəndisliyi və ya müvafiq tikinti-texniki ixtisas üzrə ali
təhsil;
Tikinti sahəsində minimum 10 il iş
təcrübəsi;
Layihə Rəhbəri və ya ekvivalent rəhbər vəzifədə
minimum 5 il iş təcrübəsi;
Çoxmərtəbəli yaşayış
binalarının və digər bina tikintisi layihələrinin idarə edilməsində praktiki təcrübə
mütləqdir;
Böyükhəcmli tikinti layihələrinin planlaşdırılması,
təşkili və icrası üzrə bilik və təcrübə;
Layihə-smeta sənədlərini, işçi
çertyojları, texniki spesifikasiyaları və tikinti norma və qaydalarını yüksək səviyyədə bilmək;
Tikinti işlərinin həcmlərinin, iş qrafiklərinin, resurs ehtiyaclarının və layihə büdcəsinin
idarə edilməsi üzrə təcrübə;
Podratçı və subpodratçılarla işin təşkili və
koordinasiyası bacarığı;
MS Office proqramlarında sərbəst
işləmək;
Tikinti layihələrinin idarə olunması üzrə proqram və alətlərlə
işləmək bacarığı üstünlükdür;
Güclü liderlik, təşkilatçılıq, analitik
düşünmə və qərarvermə bacarıqları;
Yüksək məsuliyyətlilik, operativlik,
nəticəyönümlülük və komanda idarəetmə bacarığı;
Qarabağ bölgəsində
yerləşən layihədə işləməyə hazır olmaq.
Maraqlanan namizədlərdən CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş
olunur. Mövzu: “Layihə Rəhbəri – Qarabağ”
Qeyd: Layihənin konkret yerləşmə ərazisi ilkin vakansiya elanında konfidensial
saxlanılır. Müvafiq məlumat seçimin növbəti mərhələsində namizədlə müzakirə ediləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
