Vakansiya haqqında
Hazırda şirkətimizə Ətraf Mühitin Mühafizəsi üzrə Mühəndistələb
olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi,
Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
Ekologiya, ətraf mühit mühəndisliyi və ya əlaqəli sahədə ali
təhsil.
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
Azərbaycanın ekoloji qanunvericiliyi və normativ tələbləri, həmçinin ISO 14001 standartı üzrə
biliklər.
Ekoloji monitorinq, icazələr və dövlət hesabatlılığı üzrə
praktiki biliklər.
Atmosfer emissiyaları, tullantılar, su və çirkab
sularının idarə edilməsi, ekoloji risk və aspektlərin qiymətləndirilməsi üzrə biliklər.
Sement istehsalının ekoloji aspektləri üzrə biliklərin olması
üstünlükdür.
İşgüzar səviyyədə ingilis dili biliyi və MS Office
proqramlarında işləmək bacarığı.
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi
qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərin izlənilməsi,
şirkətdə və törəmə müəssisələrdə uyğunluğun qiymətləndirilməsi.
Ekoloji
icazələrin alınması və yenilənməsinin koordinasiyası, dövlət orqanlarına ekoloji hesabatların təqdim
edilməsi.
Dövlət ekoloji yoxlamalarında iştirak, tələb olunan sənədlərin
hazırlanması və yoxlama nəticələri üzrə tədbirlərin koordinasiyası.
Atmosferə emissiyaların uçotu və monitorinqi, nəticələrin normativ tələblərə uyğunluğunun
qiymətləndirilməsi.
Emissiyaların və tozlanmanın azaldılması üzrə
təkliflərin hazırlanması və icrasının izlənilməsi.
Təhlükəli və
təhlükəsiz tullantıların uçotuna, idarə edilməsinə və bu sahədə podratçıların fəaliyyətinə
nəzarət.
Tullantıların azaldılması, təkrar emalı və resurslardan səmərəli
istifadə üzrə təkliflərin hazırlanması.
Su istifadəsinin və çirkab
suların idarə edilməsinin izlənilməsi, çirklənmənin qarşısının alınması üzrə tədbirlərin
koordinasiyası.
ISO 14001 üzrə Ətraf Mühitin İdarəetmə Sisteminin
saxlanılması və təkmilləşdirilməsində iştirak, ekoloji aspekt və risklərin qiymətləndirilməsi.
Törəmə müəssisələrdə Ətraf Mühitin İdarəetmə Sisteminin tətbiqinin koordinasiyası və məsul
şəxslərə metodiki dəstək.
Planlı və növbədənkənar ekoloji yoxlamaların
aparılması, uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin izlənilməsi.
Ekoloji insidentlərin araşdırılmasında, fövqəladə hallara hazırlıqda və təlimlərdə iştirak,
işçilərin ekoloji məlumatlandırılmasına dəstək.
Ekoloji məqsəd və
hədəflərin müəyyən edilməsində, daxili və xarici auditlərə hazırlıqda iştirak.
Yeni layihələrin və istehsalat dəyişikliklərinin ekoloji qiymətləndirilməsində, o cümlədən
ƏMTQ proseslərində iştirak.
Podratçıların və xidmət təminatçılarının
fəaliyyətinin ekoloji tələblərə uyğunluğuna nəzarət.
Ətraf mühit üzrə
əsas performans göstəricilərinin toplanması və təhlili, rəhbərlik, dayanıqlı inkişaf və GHG/MRV hesabatları üçün
məlumatların hazırlanması.
Biz nə təklif edirik:
Könüllü tibbi sığorta
Servis
avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
