Vakansiya haqqında
Təsvir
Bütün əməkdaşların əsas əmək haqqının, əlavələrin, mükafatların, iş vaxtından artıq
işə görə ödənişlərin, ezamiyyət və digər kompensasiya növlərinin SAP sistemində dəqiq və vaxtında hesablanmasını
təmin etmək
Aylıq əmək haqqı hesablama dövrünün (payroll cycle) əvvəldən
sona qədər idarə olunması: məlumatların yığılması, yoxlanılması, hesablanması, təsdiqlənməsi və ödənişin
icrası
İşdən çıxma, məzuniyyət, xəstəlik vərəqləri, əmək qabiliyyətinin
müvəqqəti itirilməsi kimi hallarda hesablamaların düzgün aparılması
Yeni
işə qəbul olunan və işdən azad olunan əməkdaşlar üzrə yekun hesablaşmaların (final settlement) həyata
keçirilməsi
Gəlir vergisi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ayırmaları,
işsizlikdən sığorta və tibbi sığorta ayırmalarının qanunvericiliyə tam uyğun hesablanması
Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və SAP sistemində müvafiq tənzimləmələrin
aparılması
Rəhbərlik üçün aylıq/rüblük/illik əmək haqqı fondu üzrə
analitik hesabatların hazırlanması
Büdcə planlaşdırılması üçün əmək haqqı
fondu üzrə proqnoz və hesablamaların aparılmasında iştirak
Mühasibatlıq
şöbəsi ilə əmək haqqı üzrə balans hesablarının tutuşdurulması (reconciliation)
SAP sistemi ilə iş:
SAP HCM/Payroll modulunda əməkdaş məlumatlarının, tarif dərəcələrinin, hesablama
qaydalarının aktual saxlanılması
Sistemdə yaranan xətaların (payroll
errors) aşkarlanması, səbəblərinin araşdırılması və aradan qaldırılması
SAP-da yeni hesablama sxemlərinin, əlavə ödəniş növlərinin test edilməsi və tətbiqi prosesində
iştirak
Sistem yeniləmələri (upgrade) zamanı test proseslərində iştirak
etmək
Tələblər
Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə
üzrə)
Əmək haqqı hesablanması sahəsində minimum 3-4 il iş
təcrübəsi
SAP sistemində (HCM/Payroll modulu) praktiki iş təcrübəsi
üstünlükdür
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, vergi və sosial
sığorta qanunvericiliyi üzrə dərin bilik
MS Excel-də yüksək səviyyəli
bacarıq
Analitik düşüncə, diqqətlilik
Komanda ilə işləmə və vaxt idarəetməsi bacarıqları
Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində bilik üstünlükdür
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
