Vakansiya haqqında
Təsvir
Ticarət mərkəzinin fiziki idarə edilməsi ilə yanaşı, onun mühafizə, təhlükəsizlik,
təmizlik işlərinin idarə edilməsi, bina və avadanlıqların saxlanılması daxil olmaqla ümumi əməliyyat məsələlərini
idarə etmək;
İcarəçilərin və qonaqların bütün tələblərinə cavab vermək
üçün ticarət mərkəzində gündəlik əməliyyatları ən yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla idarə
etmək;
Ticarət mərkəzinin daxilində və xaricində bütün sahələrə ümumi
nəzarət və üzərinə düşən vəzifələrin yerinə yetirilməsi;
Bütün əməliyyat,
təhlükəsizlik və təmizlik, eləcə də üçüncü tərəf işçilərini nəzarət sistemi çərçivəsində yüksək məhsuldarlığı təmin
etmək üçün nəzarətdə saxlamaq;
İcarəçilərə və ticarət mərkəzinin
qonaqlarına yüksək keyfiyyətli xidməti təmin etmək üçün Məlumat Mərkəzi Xidmətinə nəzarət
etmək;
Daima ərazidə olmaq, problemlər baş verən kimi dərhal onları həll
etmək, qabaqlayıcı tədbirləri həyata keçirmək və yuxarı rəhbərliyi daim məlumatlandırmaq;
PAŞA Malls şirkətinin Korporativ dəyərlərini, Etik normalar, Hədiyyə və Əyləncə siyasətini,
eləcə də şirkətin digər siyasət və prosedurlarının təşviq etmək və qorumaq;
Ticarət Mərkəzinin meneceri və Əməliyyat üzrə menecerin tapşırdığı digər işləri yerinə
yetirmək
Tələblər
Biznesin idarəetməsi, marketinq, ticarət, idarəetmə, maliyyə və ya oxşar sahələr
üzrə diplom.
Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq
bacarığı.
Ms Ofis (Word, Excel, Power Point) proqramlarında işləmək
bacarıqları.
Qonaqpərvərlik və ya qonaq(müştəri) xidmətləri sahəsində
təcrübə.
Yaxşı qonaq xidməti və təşkilatçılıq
bacarığı.
Şəxslərarası münasibətlər qurmaq bacarığı və bütün səviyyələrdə
işçilərlə səmərəli qarşılıqlı əlaqə qura bilmək.
İnzibati detalları və
gündəlik işləri idarə etmək bacarığı; gündəlik məsələləri müstəqil şəkildə, məsuliyyəti öz üzərinə götürərək həll
etmək.
Güclü təşkilatçılıq bacarıqları, çoxsaylı tapşırıqları eyni
zamanda yerinə yetirmək bacarığı.
Vaxtın düzgün idarəedilməsi bacarıqları
və işi prioritetləşdirmək bacarığı.
Detallara diqqət və problem həll etmə
bacarığı.
Böyük komandanın bir hissəsi kimi çalışmaq, həmçinin müstəqil
işləmək bacarığına sahib olmaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
