Vakansiya haqqında
Təsvir
Hava yolları üzrə layihələrin icra vəziyyətini izləmək, müvafiq məlumatları toplamaq
və təhlil üçün hazırlamaq;
Layihələr üzrə hesabatların, təqdimatların və
digər sənədlərin hazırlanmasına dəstək göstərmək;
Layihə planlarının,
tapşırıqların və icra müddətlərinin monitorinqini aparmaq;
Aidiyyəti
struktur bölmələrlə məlumat mübadiləsini və işlərin koordinasiyasını təmin etmək;
Layihə məlumatlarını sistemləşdirmək və layihə reyestrini aktual vəziyyətdə
saxlamaq;
Layihələrin icrası zamanı yaranan gecikmələri və problemləri
müəyyənləşdirmək, aidiyyəti şəxslərin diqqətinə çatdırmaq;
Şöbənin
fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali təhsil (bakalavr);
Müvafiq sahə üzrə
1–3 il iş təcrübəsi;
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə
bilmək;
MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarından
istifadə bacarığı;
Layihələrin idarə edilməsi üzrə biliklərə malik olmaq;
PMP sertifikatı üstünlük hesab edilə bilər;
Yazılı və şifahi ünsiyyət
bacarıqları;
Analitik və problem həll etmə bacarığı;
Təqdimat hazırlamaq və məlumatları strukturlaşdırmaq bacarığı;
Öyrənməyə açıqlıq və dəyişikliklərə uyğunlaşma bacarığı;
Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək
bacarığı.
İş şəraiti
İş rejimi: 5 günlük
İş yeri: Heydər
Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
