Vakansiya haqqında
İş haqqında:
Azroksan şirkəti döyüş başlıqları və partlayıcı tərkibli məhsulların istehsalı
proseslərində iştirak edəcək, istehsal əməliyyatlarını müəyyən edilmiş texniki tələblərə, keyfiyyət standartlarına,
əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun şəkildə yerinə yetirəcək Müdafiə təyinatlı məmulatların
istehsalı üzrə texnikaxtarır. Müdafiə təyinatlı məmulatların istehsalı üzrə texnikistehsal
avadanlıqlarının istismarı, partlayıcı maddələrin hazırlanması və emalı, istehsal sənədlərinin aparılması və
istehsalat proseslərinin fasiləsiz icrasında mühüm rol oynayır.
Əsas vəzifələr:
İstehsal sənədlərinə və verilmiş tapşırıqlara uyğun olaraq müdafiə təyinatlı
məmulatların istehsalı ilə bağlı əməliyyatları vaxtında, dəqiq və təhlükəsizlik qaydalarına riayət etməklə yerinə
yetirmək;
Döyüş başlığı və partlayıcı tərkibli hazır və yarımfabrikat
məhsulların istehsal proseslərində iştirak etmək;
İstehsalatda istifadə
olunan materialları qəbul etmək, istehsala hazırlamaq və texnoloji proseslərə uyğun emal etmək;
Başladıcı (primer) hazırlanması, tətbiqi və yetişmə proseslərini icra
etmək;
Qarışdırma, tökmə, presləmə, partlayıcı yığım və digər istehsal
əməliyyatlarını yerinə yetirmək;
Partlayıcı qarışıqların hazırlanması,
tökülməsi, yetişdirilməsi və son emal proseslərini həyata keçirmək;
Döyüş
başlıqlarının yığılması, gücləndirici yüklərin hazırlanması və aidiyyəti alt əməliyyatların icrasında iştirak
etmək;
Energetik tərkibli istehsal sahələrində yerləşən avadanlıqların
düzgün və təhlükəsiz istismarını təmin etmək;
İstehsal əməliyyatlarından
sonra avadanlıqların və iş sahələrinin təmizlənməsini və saz vəziyyətdə saxlanılmasını təmin
etmək;
İstehsalatda istifadə olunan materialların, avadanlıqların və
digər müəssisə əmlakının qorunmasına məsuliyyətlə yanaşmaq;
Kaizen, 5S və
digər proseslərin təkmilləşdirilməsi layihələrində iştirak etmək;
Yeni
istehsal sahələrinin və avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi proseslərinə
dəstək göstərmək;
Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühitin
mühafizəsi və fərdi mühafizə vasitələrinin istifadəsi ilə bağlı tələblərə riayət etmək;
İstehsal zamanı yaranan tullantıları müəyyən edilmiş prosedurlara uyğun çeşidləmək və təhvil
vermək;
Sistem üzərindən verilən istehsal tapşırıqlarını icra etmək və
tələb olunan məlumatları vaxtında sistemə daxil etmək;
Görülmüş işlər
üzrə gündəlik vaxt uçotu və hesabat məlumatlarını sistemdə qeyd etmək.
Tələblər:
Kimya ixtisası üzrə ali təhsil;
İstehsalat və ya texniki sahədə iş təcrübəsi arzuolunandır;
Texnoloji proseslərə və istehsal intizamına riayət etmək bacarığı;
Texniki sənədlərlə işləmək və təlimatları düzgün tətbiq etmək bacarığı;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək
bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və yüksək intizamlı iş
yanaşması;
Komandada işləmək və operativ qərar vermək
bacarığı;
MS Office proqramlarından ilkin səviyyədə istifadə bacarığı
üstünlük hesab olunur.
Müraciət etmək istəyən namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməli və mövzu sətrində “Müdafiə təyinatlı məmulatların istehsalı üzrə
texnik” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
