Vakansiya haqqında
“Groupone” MMC Təhcizat şöbəsində “Baş anbardar” vəzifəsinə vakansiya elan
edilir.
Vəzifə təlimatı:
Anbarın gündəlik fəaliyyətinin təşkilinə və idarə olunmasına nəzarət
etmək;
Anbara daxil olan və çıxan malların qəbul və təhvil proseslərini
koordinasiya etmək;
Gələn malların sənədlərlə uyğunluğunu yoxlamaq və
uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
Malların anbar daxilində
düzgün yerləşdirilməsini, saxlanmasını və təhlükəsizliyini təmin etmək;
ERP sistemi üzərindən anbar uçotunun aparılmasına nəzarət etmək;
ERP proqramında mədaxil və məxaric əməliyyatlarının düzgün və vaxtında qeyd olunmasını təmin
etmək;
Anbar qalıqlarına gündəlik nəzarət etmək və müvafiq hesabatları
hazırlamaq;
Gündəlik, həftəlik və aylıq anbar hesabatlarının
hazırlanmasını təşkil etmək;
İnventarizasiya prosesini təşkil etmək və
nəticələrə nəzarət etmək;
Anbarda çalışan əməkdaşların iş bölgüsünü
aparmaq və fəaliyyətlərinə nəzarət etmək;
Anbar əməkdaşlarının iş
intizamına və müəyyən edilmiş prosedurlara riayət etməsini təmin etmək;
Anbarın nizam-intizamını, təhlükəsizliyini və maddi-texniki resursların qorunmasını təmin
etmək;
Anbar üzrə mövcud problemləri operativ şəkildə müəyyən etmək və
rəhbərliyə məlumat vermək.
Namizədə dair tələblər:
Yaş həddi: 25-45;
Bəy namizəd tələb
olunur;
Restoran və qida sahəsində anbar üzrə minimum 3 il iş
təcrübəsi;
Baş anbardar və ya anbar üzrə rəhbər vəzifəsində iş təcrübəsi
arzuolunandır;
ERP proqramı ilə işləmək bacarığı (1C və ya digər
sistemlər);
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək
bacarığı;
Anbar uçotu, sənədləşmə və inventarizasiya qaydalarını
bilmək;
Komanda idarəetmə və iş bölgüsü aparmaq
bacarığı;
Məsuliyyətli, diqqətli, dəqiq və operativ
olmaq;
Analitik düşünmə və problem həll etmə bacarığı.
Təminatlar:
İş qrafiki: 6 günlük;
İş yeri: Bakı
şəhəri, Babək prospekti, City Park Mall-la üzbəüz;
Nahar şirkət
tərəfindən verilir;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən
rəsmiləşdirilmə;
Əmək haqqı: 2000 AZN
Uyğun namizədlər öz CV-lərini “Baş anbardar” başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
