Vakansiya haqqında
İş yeri:Bakı
Shaurma N1 komandamıza qoşulmaq üçün AutoCAD proqramı üzrə biliklərə, güclü estetik zövqə
və məkan planlaşdırılması bacarığına malik Memar – Layihələndirmə üzrə mütəxəssis axtarışındayıq.
Vəzifə öhdəlikləri
Obyektlərə yerində baxış keçirərək ölçülərin götürülməsi;
Götürülmüş ölçülərin əl eskizi və plan üzərində düzgün qeyd edilməsi;
Ölçülərin AutoCAD proqramında dəqiq plan və texniki çertyoj formasına
salınması;
Mövcud obyektlərin planlarının hazırlanaraq layihələndirmə
şöbəsinə təqdim edilməsi;
Kafe və restoranların real ölçülərinə uyğun
layihələndirilməsi;
Restoranların funksional planlaşdırılması, mebel və
avadanlıqların yerləşiminin işlənilməsi;
Layihələr üzrə zəruri
düzəlişlərin və yenilənmələrin aparılması;
Layihələrin təqdimat və
sonrakı icra mərhələsinə hazırlanması.
Namizədə dair tələblər
Mütləq tələblər:
AutoCAD proqramını yaxşı səviyyədə bilmək;
Obyektlərdə ölçü götürmək və ölçüləri düzgün şəkildə layihəyə köçürmək
bacarığı;
Plan və texniki çertyojları oxumaq və hazırlamaq
bacarığı;
Məkanın funksional və düzgün planlaşdırılması üzrə
biliklər;
Microsoft Excel proqramını yaxşı səviyyədə
bilmək;
Microsoft Word və digər ofis proqramları üzrə ümumi
biliklər.
Üstünlük hesab olunur:
SketchUp proqramında işləmək bacarığı;
5D
Render proqramlarında işləmək bacarığı;
Lumion proqramını
bilmək;
3D modelləşdirmə və vizuallaşdırma üzrə ilkin və ya orta
səviyyədə təcrübə.
Namizəddən gözləntilər
Güclü estetik zövq və dizayn düşüncəsi;
Rəng seçimi və rənglərin uyğunlaşdırılması qabiliyyəti;
Məkanın imkanlarını düzgün qiymətləndirmək bacarığı;
Detallara qarşı diqqətli və dəqiq olmaq;
Ölçülərdə
və texniki çertyojlarda səhvsiz işləməyə həssas yanaşmaq;
Verilən
tapşırıqları müstəqil araşdırmaq və nəticəyə çatdırmaq bacarığı;
Komanda
ilə işləmək və layihələr üzrə düzəlişləri operativ tətbiq etmək;
Obyektlərə yerində baxış keçirmək və ölçü götürmək üçün səfərlərə hazır
olmaq.
İş prosesinin əsas mərhələləri
Obyektə yerində baxış → Ölçülərin götürülməsi → Əl eskizi → AutoCAD planı →
Layihənin hazırlanması və məkanın funksional planlaşdırılması → Konseptin obyektin real ölçülərinə uyğunlaşdırılması
→ Təqdimat → Düzəlişlər → Yekun layihə
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və mövcud olduğu halda hazırladıqları
layihə portfoliolarını mövzu hissəsində “Memar – Layihələndirmə üzrə mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd:AutoCAD proqramı üzrə biliklər əsas və mütləq tələbdir. SketchUp,
5D Render və Lumion proqramlarını bilmək namizəd üçün əlavə üstünlük hesab olunur.
Shaurma N1 komandasında karyera imkanına qoşulun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
