Vakansiya haqqında
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Onlayn satış əməliyyatları şöbəsinin ümumi fəaliyyət strategiyasını
müəyyənləşdirməsi və rəhbərliyinin strateji hədəflərinə uyğun inkişaf etdirməsi;.
Sifariş və satış bölmələrinin fəaliyyətinə nəzarət edərək, onların koordinasiyasının təmin
edilməsi;
Yeni əməkdaşlarla müsahibələrin keçirilməsi, təyin olunması və
adaptasiya olunmasına nəzarət edilməsi;
Sifariş və satış bölmələri üzrə
proseslərin düzgün icrasına nəzarət etdilməsi və onların təkmilləşdirilməsi üçün tədbirlərin
görülməsi;
Şirkətin müəyyən etdiyi qaydalara, prosedurlara və müştəri
məmnuniyyəti standartlarına uyğun işlənmənin təmin edilməsi;
Onlayn satış
və sifarişlərlə bağlı avtomatlaşdırma və digər rəqəmsal həllərin araşdırılması və tətbiq
edilməsi;
Satış və sifariş bölmələrinin aylıq, rüblük və illik
hesabatlarının hazırlanması və analiz edərək rəhbərliyə təqdim etməsi;
KPI göstəricilərinə nəzarət edərək, hədəflərin yerinə yetirilməsinin təmin edilməsi və
performansın artırılması üçün tədbirlərin görülməsi;
Müştəri məmnuniyyəti
və satış effektivliyi ilə bağlı təhlillərin aparılması, inkişaf üçün təkliflərin hazırlanması;
Satış və sifariş bölmələrinin rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi, iş bölgüsünə və
fəaliyyətə nəzarət edilməsi;
Komanda üzvlərinin peşəkar inkişafının təmin
edilməsi məqsədilə təlim və inkişaf proqramların təşkil edilməsi; • Bölmə rəhbərlərinin fəaliyyətinin
qiymətləndirilməsi və onların effektivliyinin artırılması üçün motivasiyaedici tədbirlərin
görülməsi;
Müştərilərdən daxil olan müraciət, şikayət və problemlərni
təhlil edəilməsi, onların operativ həlli üçün və xidmət keyfiyyətinin yüksəldilməsi üçün aidiyyəti şöbələrlə birgə
işləməsi;
Onlayn satış və sifariş sistemlərindəki çətinlikləri təhlil
edərək, onların təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi;
Sifarişlərin düzgün idarə olunması, logistika proseslərinin effektivliyinin artırılması üçün
aidiyyəti şöbələrlə əməkdaşlığın edilməsi;
Geri qaytarılan məhsullar,
xətalı satışlar və online mağaza qalığı problemləri ilə bağlı müvafiq həll yollarının müəyyənləşdirilməsi,nəzarətdə
saxlanılması;
Rəhbərliyin göstəriş və tapşırıqlarının vaxtında və
keyfiyyətli şəkildə yerinə yetirilməsi.
Namizədə tələblər:
Ali təhsil (idarəetmə, biznes, iqtisadiyyat və ya əlaqəli sahələr
üzrə)ı;
Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət
bacarığı, ingilis dili üstünlükdür.;
Onlayn satış, pərakəndə satış və ya
əməliyyatların idarə edilməsi sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş
təcrübəsi;
Strateji planlaşdırma, əməliyyatların idarə edilməsi və biznes
proseslərinin optimallaşdırılması üzrə bilik və təcrübə;
Böyük
komandaların idarə edilməsi, komandalar üzrə rəhbər heyətin işinə nəzarət,komandalar üzrə fəaliyyətin
qiymətləndirilməsi bacarığı;
KPI-ların müəyyənləşdirilməsi, biznes
göstəricilərinin təhlili və nəticəyönümlü qərarların qəbulu bacarığı;
Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları;
Microsoft Office proqramları üzrə yüksək səviyyədə biliklər, Power BI ilə işləmək
bacarığı;
Müştəri təcrübəsi, satış effektivliyi, sifarişlərin idarə
olunması və logistika prosesləri üzrə biliklər;
Yüksək liderlik, strateji
düşünmə, ünsiyyət və komandalararası koordinasiya bacarıqları;
Yüksək
məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
