Vakansiya haqqında
“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya
“PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.
"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan
bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə
edilməsi xidmətlərini təmin etməkdir.
Hal-hazırda “PAŞA Technology” MMC “DevOps
mühəndisi”vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
Kubernetes klasterlərini (on-prem, bare-metal və ya cloud) layihələndirmək,
yerləşdirmək və idarə etmək.
Kubernetes infrastrukturunu və onun
komponentlərini idarə etmək və optimallaşdırmaq, çox istifadəçili mühitdə maksimum əlçatanlığı, miqyaslılığı və
məhsuldarlığı təmin etmək.
Müştərilərin Kubernetes
infrastrukturunun məhsuldarlıq gözləntilərinə cavab verməsini təmin etmək, problemləri səmərəli şəkildə həll etmək
və müştərinin biznes məqsədlərinə uyğun həllər təqdim etmək üçün müştərilərlə aktiv şəkildə əlaqə
saxlamaq.
Prometheus, Grafana, ELK/EFK, Loki, Velero və digər açıq mənbə
alətlərdən istifadə edərək monitorinq, loqlama, ehtiyat nüsxələmə və xəbərdarlıq sistemlərini tətbiq etmək və idarə
etmək.
Avtomatlaşdırma, məhsuldarlıq və müştəri məmnuniyyətinə diqqət
yetirməklə bulud əməliyyatlarında, infrastrukturda və proseslərdə davamlı təkmilləşdirmələr aparmaq üçün
çoxfunksiyalı qruplarla əməkdaşlıq etmək.
Sistemin məhsuldarlığı,
insidentlər və yeniləmələr haqqında aydın, müfəssəl hesabatlar təqdim etmək üçün daxili qruplarla və müştərilərlə
sıx əməkdaşlıq etmək. Əməliyyatın səmərəliliyini və layihənin gedişatını qiymətləndirmək üçün rəhbərliklə müntəzəm
görüşlərdə iştirak etmək.
Klaster və iş yükünün (workload)
təhlükəsizliyini (RBAC, Pod Security Standards, Network Policies, Istio/Service Mesh) təmin
etmək.
İdarəetmə qatına (control plane) və verilənlər qatına (data plane)
təsir edən klaster və şəbəkə səviyyəli problemləri aradan qaldırmaq.
Kubernetes arxitektirasının dizaynına, optimallaşdırılmasına və
miqyaslaşdırılmasına töhfə vermək, həm daxili, həm də müştəri yönümlü bulud mühitlərində qüsursuz əlaqə
və yüksək məhsuldarlığı təmin etmək.
Çoxsaylı platformalarda və
mühitlərdə müştəri məlumatları üçün səmərəli şəkildə məlumatların toplanmasını, məhsuldarlığı və nasazlığın
aradan qaldırılmasını təmin etməklə həm yerli, həm də bulud əsaslı Kubernetes həllərini idarə
etmək.
Virtuallaşdırılmış mühitlərdə səmərəli resurs bölgüsünü, nasazlığa
dözümlülüyü və müştərinin iş yükünün idarə edilməsini təmin etməklə VMware, Hyper-V və RHEV kimi virtuallaşdırma
platformalarına nəzarət etmək.
Terraform, Ansible və ya Helm vasitəsilə
infrastrukturun təmin edilməsi, idarə edilməsi üçün avtomatlaşdırılmış prosesləri işləyib hazırlamaq və həyata
keçirmək və mexaniki müdaxiləni miqyaslaşdırmaq, azaltmaq və bulud xidmətlərinin səmərəliliyini
artırmaq.
Müştərilərin iş yükləri üçün yüksək əlçatanlığı, təhlükəsizliyi
və optimal məhsuldarlığı təmin etməklə həm Windows, həm də Linux əsaslı bulud sistemləri üçün idarəetməni və dəstəyi
təmin etmək
Bulud infrastrukturunun və tətbiqlərin fasiləsiz işləməsini
təmin etməklə Lokal proqram təminatı ilə bağlı problemləri aradan qaldırmaq və həll etmək, və müştərilərə proqram
təminatı səviyyəsində dəstək göstərmək.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
Texniki sahədə Ali təhsil.
Mühəndislik və
ya kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir.
Təcrübə və bacarıqlar
IT üzrə sertifikat və dərin peşə bilikləri: VMware (VCP, VCDX); Microsoft
(MCSA, MCP); RedHat (RHCA, RHCE); Kubernetes - CKA, CKAD.
Mürəkkəb
mühitin idarə olunması üzrə 5 ildən yuxarı təcrübə;
Dəyişiklik və
Buraxılışın İdarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə böyük təcrübə;
Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, məlumatların saxlanması,
təhlükəsizlik texnologiyaları və verilənlər bazası üzrə təcrübə;
Mövcud
olan və yeni yaranan İT texnologiyaları barədə dərin bilik;
MetalLB, HAProxy, və ya NGINX Ingress bare-metal Kubernetes bilgisi;
Linux əməliyyat sistemləri (RHEL, Oracle Linux, Suse), Solaris, BSD sistemləri üzrə
təcrübə;
Firewall-lar, router-lər, switch-lər, DNS, DHCP, VPN-lər, FTP,
İnternet protokolları və xidmətləri və data kommunikasiya məhsulları haqqında bilgi;
Yüksək əlçatanlıq və ehtiyat;
Datacenter mühiti
haqqında bilgi.
Kompüter Bilikləri
"Microsoft Office" proqramları və alətləri üzrə biliklər;
Proqramlaşdırma dilləri ("Python" və s.) üzrə təcrübəyə sahib olmaq
üstünlükdür;
Məlumat Mərkəzəri mühiti və "Tier" standartları üzrə
biliklər.
Dil bilikləri:
Azərbaycan dili - Ana dili
İngilis dili -
Yaxşı
Rus dili – Yaxşı
Digər bacarıqlar:
Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla
atmaq;
Əməliyyat keyfiyyətini dəstəkləmək;
Təşkilat daxilində həmkarlar və təchizatçılar/ortaqlar arasında yaxın əməkdaşlıq prinsiplərini
dəstəkləmək.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd
etməklə CV-niMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən
namizədlərlə əlaqə saxlanacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
