Vakansiya haqqında
İş sahəsi: Avtomobil servis xidməti
Vəzifə öhdəlikləri:
Avtomobillərin kuzov və boya örtüyünün peşəkar polirovkasının həyata
keçirilməsi;
Səthi cızıqların, oksidləşmənin, matlaşmanın və digər boya
qüsurlarının aradan qaldırılması;
Müxtəlif polirovka pastaları,
materialları və avadanlıqları ilə işləmək;
Kuzov səthinin vəziyyətinin
qiymətləndirilməsi və uyğun polirovka üsulunun seçilməsi;
Polirovka
prosesindən əvvəl və sonra avtomobilin səthinin düzgün hazırlanması;
Avtomobilin digər hissələrinin qorunmasının təmin edilməsi;
Görülən işlərin yüksək keyfiyyət standartlarına uyğun həyata keçirilməsi.
Namizədə tələblər:
Avtomobil polirovkası sahəsində minimum 3 il rəsmi iş
təcrübəsi;
Peşəkar polirovka avadanlıqlarından istifadə
bacarığı;
Müxtəlif boya və lak örtükləri ilə işləmə
təcrübəsi;
Müxtəlif növ polirovka pastaları və materialları barədə
bilik;
Kuzov səthindəki qüsurları düzgün qiymətləndirmək
bacarığı;
Detallara yüksək diqqət;
Səliqəli və keyfiyyətli işləmək;
Məsuliyyətli və
intizamlı olmaq.
İş şəraiti
İş yeri: “BYD Motors Baku” MMC (Badamdar
qəsəbəsi)
İş rejimi: 6 günlük iş
qrafiki
İstirahət günü:Bazar günü
Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən
ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil polirovka ustası” qeyd
etməkləMüraciət etdüyməsində
göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
