Vakansiya haqqında
Təsvir
Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin ehtiyac
və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
Elektrik sistemləri üzrə sənədlərin Azərbaycan Respublikası qanunvericiliyinə, şəhərsalma və
tikintiyə dair normativ sənədlərə (AzDTN, EQQQ, TİQ, TTQ, PUE, SNiP), eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq
standartların (IEC, EN, BS, NFPA) tələblərinə uyğun hazırlanmasını təmin etmək.Elektrik sistemləri üzrə ilkin
spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini
müəyyənləşdirmək;
Layihə idarəetmə komandasının üzvü kimi fəaliyyət
göstərmək, komanda daxili, podratçılar, layihəçilər və digər mühəndislik qrupları ilə sıx əməkdaşlıq
etmək;
Layihələndirmə müddətlərinin elektrik hissəsinin təyin edilməsi
barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə
uyğunluğunu yoxlamaq;
Elektrik sistemləri üzrə satınalma strategiyasının
təyin edilməsi prosesində iştirak etmək, tender paketlərinin texniki hissəsini hazırlamaq və texniki dəstək
vermək;
Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material
təsnifatlarını, həcmlər cədvəlini (BOQ) və layihələndirmənin keyfiyyət səviyyəsini
müəyyənləşdirmək.
Podratçı şirkətlərin yerinə yetirdiyi elektrik
quraşdırma işlərinin layihələrə və texniki şərtnamələrlə uyğunluğunu yoxlamaq, layihə sistemlərinin ehtiyac və
hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək.
Podratçıların təqdim etdiyi işçi çizgilərin (Shop Drawings) və iş icra metodologiyalarını
(Method of Statement) tikinti reallıqlarına uyğunluğu baxımından operativ nəzərdən keçirib təsdiqləmək və
layihəçiləri bu tələblərə istiqamətləndirmək.
Master qrafikin elektrik
işlərinə aid mərhələlərini təyin etmək, podratçıların təqdim etdiyi iş proqramlarının reallığını yoxlamaq və bütün
mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu izləmək.
Tamamlanmış
elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları (Azərişıq, EMTA, FHN və s.) tərəfindən tam şəkildə
təsdiq edilməsini və təsdiqlənmiş işçi paketlərin tikinti üçün təqdim olunmasını təmin etmək;
Podratçıların elektrik hissəsi üzrə icra planlarını, montaj sxemlərini və icra
metodologiyalarını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədilə layihə müdirinə öz texniki rəyini təqdim
etmək.;
Zavod sınaqlarında (FAT), istehsalatın elektrik, avtomatika və
mexanik sistemləri üzrə sahədə aparılan yoxlama, test və commissioning proseslərində iştirak etmək, tikintinin
təhvil-təslim və istismara qəbul prosesini təşkil etmək;
Layihənin bütün
mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, dəyişiklik əmrlərini analiz etmək, büdcə və
xərclərin optimallaşdırılması (Value Engineering) üçün təkliflər vermək;
Elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi,
arxivləşdirilməsi və hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini
təmin etmək.
Tələblər
Elektrik mühəndisliyi və ona yaxın mühəndislik üzrə ali (bakalavr/magistr)
təhsil;
Tikinti layihələrinin idarə olunması sahəsində, sifarişçi
(Client) və ya layihə idarəetmə (PMC) şirkətlərində baş elektrik mühəndisi qismində azı 4 ili sifarişçi tərəfində
olmaqla, minimum 8-10 il sahə və ofis iş təcrübəsi;
Tikinti normativ
sənədlər barədə biliklər: AzDTN, EQQQ, TİQ, TTQ, EN, SNIP, IEC, BS, NFPA;
Dil bilikləri:Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
Kompüter bilikləri: MS Office, AutoCAD;
Yüksək
ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
