Vakansiya haqqında
Vəzifə
öhdəlikləri:
Layihə çizgilərini incələmək, iş tiplərinə görə iş bölgüsü strukturunu və fəaliyyət
siyahısını hazırlamaq;
Primavera P6 və MS Project proqramlarında əsas
(baseline) icra qrafikini qurmaq;
Podratçıların iş və qiymət qrafiklərini
təhlil etmək (zaman və qiymət müqayisəsi) və ümumi qrafiklə uzlaşdırmaq;
Material və avadanlıq tədarükü üçün satınalma qrafikini hazırlamaqda iştirak
etmək;
Tikinti sahəsində plan üzrə icranı yerində yoxlamaq, faktiki
məlumatları həftəlik toplamaq və qrafiki yeniləmək;
Faktiki icranı
baseline ilə müqayisə etmək, gecikmələri və onların səbəblərini aidiyyəti üzrə müəyyən edib rəhbərliyə təqdim
etmək;
Gecikmə riski yaranan işlər üzrə bərpa (recovery) planı təklif
etmək;
Sahə görüşlərində və həftəlik iclaslarda iştirak etmək, iclas
qərarlarını qrafikə əks etdirmək;
Həftəlik və aylıq irəliləmə
hesabatlarını, rəhbərlik üçün əsas göstəricilər üzrə qısa icmal (dashboard) hazırlamaq;
Gündəlik sahə hesabatlarının və icra aktlarının qrafiklə uyğunluğunu
yoxlamaq;
Tikinti sahəsində plan üzrə icranı yerində
yoxlamaq.
Tələblər:
Ali təhsil (inşaat mühəndisliyi ixtisası üzrə);
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması;
İnşaat sahəsi üzrə texnoloji ardıcıllıqlar üzrə biliklərin olması;
Yaxşı səviyyədə Excel biliklərinin olması (icmal cədvəllər və formulalarla qısa zaman
çərçivəsində işləmə bacarığı);
Daimi bilik və bacarıqlarını inkişaf
etdirməli;
Yüksək səviyyədə araşdırma bacarıqların
olması;
Ən az bir Tikinti layihəsi başlanğıcından sonuna qədər
planlanması və izlənilməsində iştirak etmək iş ardıcıllıqlarını bilmək,işçi əmək tutum norma və standartlarını
bilmək .
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı
şəhəri, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və
bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Planlama
mühəndisi” yazmaqlaMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş
olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
