Vakansiya haqqında
Vəzifə
öhdəlikləri:
Gündəlik ödəniş sifarişlərini yoxlamaq və ödəniş tapşırıqlarını
hazırlamaq;
Təchizatçı və podratçılara ödənişləri təsdiqedici sənədlər
əsasında icra etmək;
İnternet bankçılıq vasitəsilə bank əməliyyatlarını
həyata keçirmək;
Bank çıxarışlarını mühasibat proqramına işləmək və hesab
qalıqlarını üzləşdirmək;
Kreditor borcların, avansların və ödəniş
müddətlərinin uçotunu aparmaq;
Təchizatçılarla qarşılıqlı hesablaşmaları
yoxlamaq və üzləşmə aktlarını hazırlamaq;
Əməkhaqqı, vergi və digər
məcburi ödənişləri təsdiqlənmiş hesablamalar əsasında köçürmək;
Gündəlik
və həftəlik ödəniş hesabatlarını hazırlamaq;
Ödəniş sənədlərini
arxivləşdirmək.
Namizədə
tələblər:
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
Bank əməliyyatları və qarşılıqlı hesablaşmalar üzrə biliklər;
Excel və mühasibat proqramları — 1C və ya Mikro ilə işləmək bacarığı;
İnternet bankçılıq və elektron qaimə sistemi ilə iş təcrübəsi;
Dəqiqlik, məsuliyyətlilik və ödəniş müddətlərinə riayət etmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Nizami rayonu, Babək
prospekti
İş qrafiki: Həftə içi 5 günlük iş
həftəsi;
Əməkhaqqı: 1000 AZN net;
Əmək müqaviləsi ilə rəsmi işə qəbul.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
