Vakansiya haqqında
Vəzifə Öhdəlikləri
Bazar və Trend Təhlili: Bazarın cari vəziyyətini, inkişaf tendensiyalarını və ödəniş
sistemlərindəki yenilikləri mütəmadi izləmək və təhlil etmək.
Rəqib
Analizi: Rəqiblərin məhsul, xidmət və qiymət strategiyalarını araşdırmaq, rəqabətə uyğun təkliflər
hazırlamaq.
Potensial Müştəri və Partnyorların Müəyyənləşdirilməsi: Bazar
araşdırmaları əsasında yeni B2B tərəfdaş və müştəri imkanlarını aşkar etmək.
Yeni Məhsul və Xidmət İdeyaları: Şirkətin maliyyə dövriyyəsini artırmağa yönəlmiş yeni xidmət
və konsept təklifləri irəli sürmək.
Strategiya və Biznes Planlara Dəstək:
Strateji inkişaf və biznes planların hazırlanmasında analitik data və məlumat dəstəyi təmin
etmək.
Müştəri və Bazar Sorğularının Keçirilməsi: Hədəf auditoriyanın
tələbat və gözləntilərini öyrənmək üçün araşdırma və sorğular təşkil etmək.
Daxili Strukturlarla Koordinasiya: Araşdırmaların nəticələrini və lazımi analitik materialları
aidiyyəti şöbələrlə bölüşmək.
Satış və Partnyorluq Kanallarına Dəstək:
Bazar göstəriciləri əsasında tərəfdaşlıq və satış strategiyalarının formalaşdırılmasına köməklik
göstərmək.
Daxili Proseslərə Tərəfdaşlıq və Təkliflər: Biznesin inkişafı
naminə daxili strukturların gedişatını izləmək və təkmilləşdirici təkliflər vermək.
Hesabatlılıq: Görülən işlər, bazar dinamikası və rəqib təhlilləri barədə rəhbərliyə mütəmadi
(həftəlik/aylıq) hesabatlar təqdim etmək.
İş Şəraiti
Ofis daxili;
İş rejimi: həftənin 5 günü
(09:00–18:00);
Əmək haqqının 15 gündən bir
ödənilməsi;
Təşəbbüskar təkliflərin
dəyərləndirilməsi;
Tibbi sığorta təminatının
verilməsi;
Nahar yeməyinin təmin olunması;
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Tələb Olunan Bacarıqlar
Ofis proqramlarını bilməli (WordExcelPowerPoint və s.).
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
