Vakansiya haqqında
Təsvir
Mexanika layihələrini nəzərdən keçirmək, texniki analiz aparmaq və zəruri
düzəlişləri müəyyən etmək;
Layihələrin təsdiq olunmuş texniki tələblərə,
yerli və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
Mexaniki
sistemlər üzrə layihə həllərini, işçi çertyojları, texniki spesifikasiyaları və hesabatları
yoxlamaq;
HVAC, istilik, soyutma, havalandırma, tüstüsovurma, VRF,
Chiller, AHU, FCU, qazanxana və digər mexaniki sistemlər üzrə layihələrin texniki baxışını həyata
keçirmək;
Su təchizatı, kanalizasiya və yağış suyu sistemləri üzrə
layihələrin koordinasiyasında iştirak etmək;
Podratçı və subpodratçıların
mexanika üzrə fəaliyyətinə nəzarət etmək və texniki istiqamətləndirmə vermək;
Podratçıların təqdim etdiyi Shop Drawing, Material Submittal, Method Statement, RFI və digər
texniki sənədləri nəzərdən keçirmək;
Mexaniki avadanlıqların texniki
göstəricilərini və layihəyə uyğunluğunu yoxlamaq;
Sahə yoxlamalarında
iştirak etmək və quraşdırılan sistemlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
Layihə və sahə arasında yaranan texniki məsələləri müəyyən etmək və onların vaxtında həll
olunmasını təmin etmək;
Layihə dəyişikliklərini, texniki riskləri və
mümkün gecikmələri müəyyən edərək rəhbərliyə məlumat vermək;
Podratçı,
subpodratçı, konsultant, layihəçi və digər mühəndislik komandaları ilə gündəlik texniki koordinasiyanı təmin
etmək;
Texniki iclaslarda iştirak etmək, zəruri hallarda iclaslara
rəhbərlik etmək və qəbul olunmuş qərarların icrasını izləmək;
Layihələrin
icra vəziyyəti ilə bağlı həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Layihənin texniki tapşırığının və əsas iş həcminin hazırlanmasında iştirak
etmə;
Müxtəlif mühəndislik fənləri arasında koordinasiyanın təmin
olunmasına dəstək olmaq;
Mexaniki sistemlərin testing, commissioning,
testing & balancing və handover mərhələlərində texniki koordinasiyada iştirak etmək;
Layihə məqsədlərinə çatmaq üçün podratçı şirkətlərlə effektiv əməkdaşlıq
etmək;
Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər
tapşırıqları yerinə yetirmə.
Tələblər
Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi;
Böyükmiqyaslı yaşayış, kommersiya, ictimai, sənaye və ya infrastruktur layihələrində
təcrübə;
HVAC, VRF, Chiller, AHU, FCU, qazanxana, tüstüsovurma, su
təchizatı və kanalizasiya sistemləri üzrə praktiki bilik;
Texniki
çertyoj, spesifikasiya və sənədlərlə işləmək bacarığı;
AZDTN, СНиП, SP,
ASHRAE, NFPA, SMACNA, CIBSE, BS, EN və IPC standartları üzrə bilik;
Podratçı texniki fəaliyyətinə nəzarət və koordinasiya bacarığı;
Güclü analitik düşüncə, problem həll etmə, liderlik və komanda idarəetmə
bacarıqları;
AutoCAD və MS Office proqramlarında yaxşı səviyyədə işləmək
bacarığı;
Azərbaycan dili – səlis, ingilis dili – yaxşı
səviyyədə.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
