Vakansiya haqqında
Assist Group komandamıza *Tibbi sahədə ən azı 5 il iş təcrübəsi olan, ali təhsilli xanım
Satış meneceri axtarır.
Vəzifə öhdəlikləri
Əsas öhdəliklərə klinikalar, həkimlər və korporativ müştərilərlə əlaqələrin
qurulması, şirkətin xidmətlərinin təqdim edilməsi, işgüzar görüşlərin təşkili və satış danışıqlarının aparılması
daxildir.
Satış meneceri yeni müştərilər cəlb etməli, kommersiya
təklifləri hazırlamalı, müraciətləri izləməli və satış nəticələri üzrə rəhbərliyə hesabat təqdim
etməlidir.
Tələblər
Namizəddən satış taktikaları və sosial şəbəkələrdən müştəri cəlbi üzrə biliklər,
sürücülük vəsiqəsi, güclü ünsiyyət və təqdimat bacarığı tələb olunur.
Tibbi xidmət bazarını tanıyan, məsuliyyətli, təşəbbüskar və satış hədəflərinə çatmaq üçün
sistemli işləyən namizədlərə üstünlük verilir.
Müraciət: CV-nizi WhatsApp vasitəsilə 050 400 07 88 nömrəsinə
“Satış meneceri” qeydi ilə göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
