Vakansiya haqqında
İş şəraiti
İş yeri:Abşeron Ticarət Mərkəzi
(T/M)
Əməkhaqqı:1
000–1200 AZN + KPI bonusu
İş qrafiki:6 günlük iş həftəsi
Biz kimik?
“Sahara Electronics” MMC 2013-cü ildən etibarən elektronika və məişət texnikası
sektorunda fəaliyyət göstərən, pərakəndə və topdan satış istiqamətləri üzrə geniş şəbəkəyə malik
şirkətdir.
Fəaliyyət istiqamətlərimizə pərakəndə və topdan satış,
distribütorluq, korporativ əməkdaşlıq və satışsonrası servis xidmətləri daxildir.
Bizim üçün uğur yalnız satış nəticələri deyil, həm də peşəkar komanda, müştəri məmnuniyyəti və
davamlı inkişaf deməkdir. İnnovasiyalara, keyfiyyətə və əməkdaşlığa verdiyimiz önəmlə fəaliyyətimizi daim inkişaf
etdirir, komandamıza qoşulan hər bir əməkdaşın ümumi uğurumuza töhfəsini dəyərləndiririk.
Sahara Electronics komandamıza elektronika və məişət texnikası sahəsində təcrübəli,
idarəetmə bacarıqlarına malik, nəticəyönümlü Mağaza müdiri axtarırıq.
Vəzifə öhdəlikləri:
Mağazanın gündəlik fəaliyyətinin və satış proseslərinin effektiv idarə
olunması;
Satış planlarının hazırlanması, icrasına nəzarət və nəticələrin
təhlili;
Satış komandasının idarə edilməsi, motivasiyası və fəaliyyətinin
qiymətləndirilməsi;
Elektronika və məişət texnikası məhsulları üzrə satış
prosesinin düzgün təşkil edilməsi;
Məhsul çeşidinin, vitrin və
ekspozisiyaların düzgün təqdimatına nəzarət;
Stok qalığının, məhsul
dövriyyəsinin və inventarizasiyanın izlənilməsi;
Məhsul qəbulu,
yerdəyişməsi və satışa hazırlıq proseslərinə nəzarət;
Müştəri
məmnuniyyətinin təmin edilməsi və mürəkkəb müştəri müraciətlərinin həlli;
Satış göstəriciləri, KPI və mağazanın fəaliyyətinə dair hesabatların
hazırlanması;
Şirkətin daxili prosedur və standartlarına riayət
olunmasının təmin edilməsi.
Namizədə dair tələblər:
Elektronika və məişət texnikası sahəsində minimum 3 il iş
təcrübəsi;
Pərakəndə satış sektorunda, xüsusilə elektronika mağazalarının
idarə edilməsində təcrübə;
Mağaza müdiri və ya mağaza müdiri müavini
vəzifəsində iş təcrübəsi üstünlükdür;
Televizor, soyuducu, paltaryuyan,
kondisioner, kiçik məişət texnikası və digər elektronika məhsulları üzrə biliklər;
Satış texnikaları, müştəri xidməti və satış psixologiyası üzrə biliklər;
Komandanı idarəetmə, motivasiya və nəticəyönümlü qərarvermə bacarığı;
Satış planlarının və KPI göstəricilərinin idarə olunması bacarığı;
Analitik düşünmə, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti;
MS Office və satış/ERP proqramları ilə işləmək bacarığı.
İş şəraiti və əməkhaqqı:
Əməkhaqqı: 1 000–1 200 AZN + KPI bonus;
İş qrafiki: 6 günlük iş həftəsi;
İş saatları:
09:00–18:00;
Rəsmi əmək müqaviləsi.
Sahara Electronics-də sizi nə gözləyir?
Peşəkar və dinamik komanda;
Karyera və
peşəkar inkişaf imkanları;
Nəticələrə əsaslanan əlavə bonus
sistemi;
Korporativ və inkişafyönümlü iş mühiti.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mağaza müdiri” qeyd etməklə
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
