Vakansiya haqqında
Vəzifəyə tələblər:
Aidiyyati sahə üzrə ali təhsil;
Minimum 3
il iş təcrübəsi;
Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru
qərar verməyi bacarmalı.
Vəzifə öhdəlikləri:
Heyvanların vaksinasiyasını sistemli və müəyyən edilmiş qrafikə uyğun həyata
keçirmək;
Heyvanların sağlamlıq vəziyyətini gündəlik olaraq yoxlamaq və
nəzarətdə saxlamaq;
Xəstə heyvanların baxımını və müalicəsini həyata
keçirmək;
Heyvanların xəstəliklərdən qorunması məqsədilə qabaqlayıcı
tədbirlər görmək;
Xəstəliklərin yaranma səbəblərini araşdırmaq və müvafiq
tədbirlər həyata keçirmək;
Xəstəliklərin, aparılan müalicələrin və
vaksinasiyaların uçotunu və qeydiyyatını düzgün aparmaq;
Xəstəliyin
səbəbinin yemləmə ilə əlaqəli olduğu müəyyən edildikdə, zootexniklə məsləhətləşərək heyvanlar üçün yeni rasionların
hazırlanmasını təmin etmək;
Xəstə heyvanların karantin rejiminə və
müvafiq baytarlıq tələblərinə riayət olunmasına nəzarət etmək;
Heyvanların doğuş proseslərini həyata keçirmək, doğuşdan əvvəl və doğuşdan sonra müvafiq
baytarlıq xidmətlərini və müalicə tədbirlərini icra etmək.
İş vaxtının norması:
6 günlük iş rejimi.
İstirahət günü: Bazar
günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə.
Nahar
şirkət tərəfindən təmin edilir.
İş Yeri:
Kürdəmir rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-niziMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Baytar həkim (Kürdəmir)”
qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
