Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Günlük bank əməliyyatlarının (Milli və Xarici valyutada) İnternet/Mobil Bankçılıq
sistemləri vasitəsilə icra olunması;
Günlük bank çıxarışlarının
(statement) əldə edilməsi, yoxlanılması və 1C (və ya digər ERP) proqramına daxil edilməsi;
Müəssisənin kassa və bank hesabları üzrə qalıqların gündəlik izlənilməsi və
tənzimlənməsi;
Əməkhaqqı, təhtəlhesab və inzibati ödənişlərin bank
vasitəsilə köçürülməsinin təmin edilməsi;
Bank komissiyaları və digər
bank xərclərinin düzgünlüyünün yoxlanılması və uçota alınması;
ƏDV və
digər dövlət ödənişlərinin (vergi, DSMF və s.) vaxtında icra olunması;
Bank hesabı çıxarışları ilə mühasibatlıq yazılışları arasında daxili uzlaşmaların
(reconciliation) aparılması;
Bank hesablarının açılması/bağlanması və
imza nümunələrinin yenilənməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;
Bank ödənişlərinə dair ilkin sənədlərin (hesab-faktura, müqavilə, akt və s.) toplanması, icra
vəziyyətinin izlənilməsi və arxivləşdirilməsi.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
