Vakansiya haqqında
Təsvir
Şirkətə daxil olan tikinti materialları, mağaza avadanlıqları, soyuducu sistemlər,
metal konstruksiyalar, mebel, POS avadanlıqları, reklam materialları və digər qeyri-ticari malların qəbul zamanı
keyfiyyətə uyğunluğunu yoxlamaq;
Malların satınalma sifarişləri,
müqavilələr, texniki spesifikasiyalar, layihə sənədləri və təsdiq edilmiş standartlara uyğunluğunu
qiymətləndirmək;
Məhsulların ölçülərini, texniki göstəricilərini,
komplektliyini, funksionallığını, markalanmasını və fiziki vəziyyətini yoxlamaq;
Təchizatçılar tərəfindən təqdim olunan məhsulların keyfiyyət sertifikatlarını, uyğunluq
sənədlərini, zəmanət sənədlərini və texniki pasportlarını yoxlamaq;
Aşkar
edilmiş qüsurlar, zədələr və texniki uyğunsuzluqlar üzrə uyğunsuzluq aktları hazırlamaq, sübut bazasını (foto, video
və s.) formalaşdırmaq və aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə həllini təmin
etmək;
Təchizatçıların keyfiyyət göstəricilərini izləmək, təkrarlanan
uyğunsuzluqları analiz etmək və performansın yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
Tikinti materialları və avadanlıqlar üzrə qəbul proseslərinin daxili prosedurlara və keyfiyyət
standartlarına uyğun icrasına nəzarət etmək;
Aylıq keyfiyyət
göstəricilərini təhlil etmək, rəhbərlik üçün analitik hesabatlar hazırlamaq və proseslərin optimallaşdırılması üzrə
təşəbbüslərlə çıxış etmək;
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
Ali təhsil (İnşaat mühəndisliyi, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi,
Keyfiyyətin idarə olunması, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
Tikinti materialları, avadanlıqların qəbulu, texniki nəzarət və ya keyfiyyətə nəzarət
sahəsində minimum 1il iş təcrübəsi;
Tikinti
materiallarının, mağaza avadanlıqlarının və texniki məhsulların xüsusiyyətləri barədə
biliklər;;
MS Excel proqramını yaxşı səviyyədə bilmək
;
Analitik düşünmə, detallara diqqət və qərarvermə
bacarığı;
Güclü ünsiyyət, koordinasiya və komandada işləmək
bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
korporativ nömrə ilə təmin
olunur
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
