Vakansiya haqqında
“Azərikard” MMCAzərbaycanda MasterCard, Visa, American Express, Diners
Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq
mərkəzidir. Hal hazırda aktiv olan vakansiya:Baş Linux Administrator
Vəzifəyə olan tələblər:
Ali təhsil (İT və ya əlaqəli sahə arzuolunandır);
Linux sistemlərinin administrasiyası sahəsində minimum 3+ il iş
təcrübəsi;
Linux kernel, systemd, storage stack (LVM, multipath, NFS,
iSCSI), network stack və performans troubleshooting üzrə təcrübə;
Bash
scripting üzrə yüksək səviyyədə biliklər, Python ilə avtomatlaşdırma təcrübəsi üstünlükdür;
Ansible Automation Platform ilə geniş iş təcrübəsi;
GitOps və Infrastructure as Code yanaşmaları üzrə təcrübə;
GitLab CI/CD və ya digər CI/CD platformaları ilə kompleks pipeline-ların qurulması və
dəstəklənməsi;
Kubernetes komponentləri (Ingress, Storage Classes, RBAC,
Network Policies, Operators və s.) haqqında biliklər;
Monitoring və
Observability sahəsində biliklər (Prometheus, Grafana, OpenTelemetry);
Log Management sistemləri ilə təcrübə (ELK Stack, Graylog, OpenSearch);
High Availability və Disaster Recovery həlləri üzrə təcrübə;
CIS Benchmarks, PCI DSS təhlükəsizlik standartları üzrə praktiki
biliklər;
Azərbaycan dillərində sərbəst, İngilis dilində texniki
səviyyədə biliklər;
RHCSA, RHCE, CKA, CKAD üstünlükdür.
Vəzifə öhdəlikləri:
Linux əsaslı korporativ sistemlərin arxitekturasının planlaşdırılması, inkişafı və
dəstəklənməsi;
Kritik biznes sistemlərinin yüksək əlçatanlığının (HA) və
fasiləsiz fəaliyyətinin təmin edilməsi;
Linux platformalarında mürəkkəb
problemlərin araşdırılması və Root Cause Analysis aparılması;
Ansible,
CI/CD və digər avtomatlaşdırma alətləri vasitəsilə əməliyyat proseslərinin optimallaşdırılması;
Sistemlərin təhlükəsizlik tələblərinə uyğunlaşdırılması və auditlərdə
iştirak;
Backup, Disaster Recovery və Business Continuity həllərinin
planlaşdırılması və test olunması;
Daxili texniki sənədlərə, siyasət və
standartlara uyğun işləmək;
Banklar və tərəfdaş təşkilatlarla əməkdaşlıq
çərçivəsində yaranan texniki problemlərin operativ həlli.
NamizədlərMüraciət etdüyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
