Vakansiya haqqında
Təsvir
Ölkədaxili və xarici ezamiyyət xərclərini təsdiqedici sənədlər əsasında yoxlamaq və
1C sistemində uçota almaq;
Bankın balansında olan avtomobillərlə bağlı
təmir, texniki xidmət, ehtiyat hissələri və yanacaq xərclərinə nəzarət etmək, müvafiq ödənişləri və sənədləşməni
təmin etmək, dövri hesabatlar hazırlamaq;
Yeni əldə edilmiş əsas
vəsaitlər üzrə sənədləri yoxlamaq, onları 1C sistemində uçota almaq və ilkin cədvəlləri
hazırlamaq;
1C sistemində əsas vəsaitlər üzrə struktur bölmələrə uyğun
hesabatlar formalaşdırmaq;
Sənədlərin düzgün arxivləşdirilməsini və
saxlanılmasını təmin etmək;
Sənədlərin rəqəmsallaşdırılması,
inventarizasiya və digər rutin proseslərin optimallaşdırılmasında iştirak etmək;
Zərurət yarandıqda, bankın filiallarında inventarizasiya aparmaq məqsədilə ölkədaxili
ezamiyyətlərdə iştirak etmək.
Tələblər
Ölkədaxili ezamiyyətlərə getmək imkanı (filiallarda inventarizasiya işlərinin
aparılması məqsədilə).
Rus dilini sərbəst bilmək;
MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
1C proqramı üzrə biliklər (iş təcrübəsi arzuolunandır);
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə bakalavr təhsili.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
