Vakansiya haqqında
“Kaspi Liseyi” Ustavəzifəsi üzrə vakansiya elan edir.
Minimum vakansiya tələbləri:
Orta təhsil;
Sahə üzrə minimum 1 il iş
təcrübəsi;
Azərbaycan dilində orta səviyyədə danışmaq və yazmaq
bacarığı;
Sağlamlıq və əməyin mühafizəsi qaydalarını bilməsi
arzuolunandır;
İstifadəsinə təhkim edilən alət və ləvazimatlardan
istifadə qaydalarını bilməsi;
Fiziki güc və
sağlamlıq;
Səbrlilik, düzgünlük və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
Liseyin əmlak və avadanlıqlarından məsuliyyətlə və düzgün şəkildə istifadə edilməsi
və istənilən zədələrdən qorunması;
Müəyyən olunmuş iş yerinin səliqəli
saxlanılması;
Müvafiq avadanlıq, ləvazimat və aparatların quraşdırılması
və ya sökülməsi;
Liseyə məxsus avadanlıq, ləvazimat və aparatların
təmiri;
Liseyə məxsus bina və ərazilərdə təmir – bərpa işlərinin
aparılması;
Vəzifə öhdəliklərini yerinə yetirərkən sağlamlıq və əməyin
təhlükəsizliyi qaydalarına riayət edilməsi;
İşin xüsusiyyətindən asılı
olaraq müvafiq qoruyucu geyim və vasitələrdən istifadə edilməsi;
Müvafiq
alət və ləvazimatlardan ehtiyatla, təmiz və səliqəli şəkildə istifadə edilməsi;
Vəzifəsini icra etdikdən sonra istifadə etdiyi material və avadanlıqların səliqəli şəkildə
saxlanma yerlərinə yerləşdirilməsi;
Yaranmış və ya yarana biləcək
çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri
məlumatlandırmaq.
Tapşırılan digər müvafiq işləri həyata
keçirmək.
Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera
bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və yaMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməklə müraciət edə bilərlər - https://www.kaspi.edu.az/career/
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
