Vakansiya haqqında
İşin təsviri:
Şirkətin daxili siyasət və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin
tələblərinə uyğunluğun qiymətləndirilməsi məqsədilə nəzarət prosedurlarının planlaşdırılması, icrası və test
edilməsi;
Daxili nəzarət mühitinin effektivliyinin qiymətləndirilməsi,
aşkar edilmiş boşluqlar üzrə təhlillərin aparılması və təkmilləşdirmə tövsiyələrinin verilməsi;
Müntəzəm komplayens və daxili nəzarət hesabatlarının hazırlanması, nəticələrin aidiyyəti
daxili tərəflərə təqdim edilməsi;
Auditlər, risk qiymətləndirmələri və
daxili araşdırmalar çərçivəsində tələb olunan məlumatların toplanması, təhlili və
sənədləşdirilməsi;
Müəyyən edilmiş uyğunsuzluqlar və nəzarət boşluqları
üzrə düzəldici tədbirlərin hazırlanmasının koordinasiyası, icrasının monitorinqi və nəticələrinin
qiymətləndirilməsi;
Müxtəlif biznes bölmələri ilə əməkdaşlıq edərək
proses risklərinin müəyyənləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlərin həyata
keçirilməsi;
Daxili siyasət, prosedur və nəzarət mexanizmlərinin
hazırlanması və yenilənməsi prosesində iştirak;
Tələblər:
Təhsil – Ali (Mühasibat uçotu, maliyyə, biznesin idarə edilməsi, iqtisadiyyat və ya
əlaqəli sahə üzrə bakalavr dərəcəsi)
Daxili nəzarət, komplayens,
risklərin idarə edilməsi, audit və ya maliyyə sahəsində ən azı 2-3 il iş təcrübəsi;
Azərbaycan dili üzrə sərbəst, ingilis dili üzrə işgüzar səviyyədə bilik üstünlük hesab
olunur.
Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı
səviyyədə işləmək bacarığı;
ACCA, CIA, CISA və ya digər müvafiq peşəkar
sertifikatlara sahib olmaq və ya sertifikat proqramlarında iştirak üstünlükdür;
Daxili nəzarət çərçivələri, risk idarəetməsi və komplayens prinsipləri üzrə
bilik;
Analitik düşüncə, problem həll etmə və risklərin
qiymətləndirilməsi bacarığı;
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş
saatları: 09:00 – 18:00;
Rəqabətli əməkhaqqı;
Könüllü tibbi sığorta;
Təlim və inkişaf
imkanları.
Qeyd: Vəzifə 1 illik müddətli əmək müqaviləsi əsasında nəzərdə tutulub.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi
vakansiya başlığını “Daxili nəzarət və komplayens üzrə mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
