Vakansiya haqqında
Ümumi vəzifə öhdəlikləri:
Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank
proqramına daxil etmək;
Qanunvericilik, bankdaxili qaydalar və kredit
komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti
rəsmiləşdirmək;
Kredit qovluğu və onun elektron fotosurətini
yaratmaq;
Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil
arzuolunandır);
Azərbaycan dili əla (yazılı və
şifahi);
Komputer bilikləri: MS Office (Word, Excel, Outlook)
proqramları;
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və
şifahi ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə
təqdimetmə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək
həvəsi;
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez
uyğunlaşmaq bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
