Vakansiya haqqında
İş şəraiti
Fəaliyyət sahəsi: İstehsalat və ticarət
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: 800 – 1 000 AZN
Vəzifə öhdəlikləri
Şirkətin istehsalat fəaliyyətinin planlaşdırılması və istehsal proseslərinin
koordinasiyasında iştirak etmək;
Sifarişlər, satış proqnozları və mövcud
istehsal gücü əsasında gündəlik, həftəlik, aylıq və illik istehsal planlarının hazırlanması;
Məhsul çeşidləri və istehsal həcmləri üzrə istehsal qrafiklərinin tərtib
edilməsi;
İstehsalat üçün tələb olunan xammal, material və digər
resurslara olan tələbatın müəyyənləşdirilməsi;
Xammal və material
ehtiyatlarına nəzarət etmək, istehsal prosesinin fasiləsizliyini təmin etmək məqsədilə ehtiyacların əvvəlcədən
müəyyənləşdirilməsi;
İstehsal gücünün, avadanlıqların yüklənmə
səviyyəsinin və işçi resurslarının planlaşdırılması prosesində iştirak etmək;
Faktiki istehsal göstəricilərini plan göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları
müəyyənləşdirmək və onların səbəblərini təhlil etmək;
İstehsalat
prosesində yaranan gecikmələrin, resurs çatışmazlığının və digər problemlərin təhlilində iştirak etmək, müvafiq həll
təklifləri vermək;
İstehsal həcmləri, xammal sərfiyyatı, məhsuldarlıq və
istehsal səmərəliliyi üzrə müntəzəm hesabatların hazırlanması;
İstehsal
prosesində material sərfiyyatının və məhsul itkilərinin təhlil edilməsi;
İstehsalat, anbar, satınalma və satış şöbələri arasında koordinasiyanın təmin edilməsində
iştirak etmək;
İstehsalat planlarının icrasına nəzarət etmək və rəhbərlik
üçün analitik arayışların hazırlanması;
İstehsalat planlaşdırılması
proseslərinin təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflərin
verilməsi;
Rəhbərlik tərəfindən verilən digər analitik və planlama
tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər
İqtisadiyyat, mühəndislik, sənaye mühəndisliyi, istehsalatın idarə edilməsi,
logistika və ya əlaqəli sahələr üzrə ali təhsil;
İstehsalatın
planlaşdırılması, əməliyyatların idarə edilməsi, analitika və ya əlaqəli sahələrdə 1–3 il iş
təcrübəsi;
Yaxşı səviyyədə Microsoft Excel
bilikləri;
Riyazi və analitik düşünmə qabiliyyəti;
Böyük həcmli məlumatlarla işləmək, məlumatları sistemləşdirmək və təhlil etmək
bacarığı;
İstehsal həcmləri, xammal tələbatı, material sərfiyyatı və
istehsal gücü göstəricilərini təhlil etmək bacarığı;
İstehsal
proseslərinin ardıcıllığını və resurs ehtiyaclarını düzgün qiymətləndirmək qabiliyyəti;
Planlaşdırma, proqnozlaşdırma və hesabatlılıq bacarıqları;
Məntiqi nəticələr çıxarmaq və problemlərə analitik yanaşmaq qabiliyyəti;
Dəqiqlik, məsuliyyətlilik və sistemli iş yanaşması;
Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq
bacarığı.
Üstünlük veriləcək namizədlər
Universitetə qəbul və akademik təhsil müddətində yüksək nəticələr əldə etmiş
namizədlər;
İstehsalat və sənaye müəssisələrində planlama və ya
əməliyyatların idarə edilməsi üzrə təcrübəsi olanlar;
Excel proqramında
mürəkkəb formulalar, Pivot Table, Power Query və analitik hesabatlarla işləmək bacarığı
olanlar;
Power BI və digər məlumatların vizuallaşdırılması proqramları
üzrə bilikləri olanlar;
İstehsal planlaşdırılması, xammal tələbatının
hesablanması və resursların idarə edilməsi sahəsində təcrübəsi olanlar;
ERP və MRP sistemləri ilə işləmək təcrübəsi olanlar;
İstehsalat proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə bilikləri
olanlar;
Yeni proqramları və iş proseslərini sürətlə
mənimsəyənlər.
Biz nə təklif edirik?
Stabil və inkişaf perspektivi olan iş mühiti;
Peşəkar inkişaf və daha böyük məsuliyyətlər götürmək imkanı;
Bilik, bacarıq və iş nəticələrinə uyğun əməkhaqqı;
Rəhbərliklə birbaşa işləmək və şirkətin istehsalat planlaşdırılması və idarəetmə proseslərinin
qurulmasında iştirak etmək imkanı;
Analitik bilik və bacarıqların
praktiki iş mühitində inkişaf etdirilməsi.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
