Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Dövlət və özəl tender elanlarını (o cümlədən etender.gov.az portalını) izləmək,
iştirak şərtlərini təhlil etmək;
Portalda qeydiyyat, iştirak haqqının
ödənilməsi və təklif sənədlərinin elektron qaydada yüklənməsini təmin etmək;
Tender üçün tələb olunan ixtisas, hüquqi və maliyyə sənədlərini toplamaq, hazırlamaq və
tamlığını yoxlamaq;
Texniki və kommersiya təkliflərinin, iş həcmləri
(BOQ), texnika və işçi heyəti cədvəllərinin hazırlanması üçün aidiyyəti şöbələrlə koordinasiya
aparmaq;
Şərtlər toplusu üzrə aydınlaşdırma sorğularını hazırlamaq və
cavabları izləmək;
Təklif və icra təminatlarının (bank qarantiyalarının)
alınması, müddətlərinin izlənməsi və ləğvi üzrə Maliyyə şöbəsi ilə koordinasiya etmək;
Tender sənədlərinin müəyyən edilmiş müddətdə təqdimatını təmin etmək, nəticələri izləmək və
tender reyestrini aparmaq;
Tenderlərlə bağlı rəsmi yazışmaları aparmaq və
qeydiyyatını saxlamaq;
Daxil olan və göndərilən sənədləri qeydiyyata
almaq, transmittallar hazırlamaq və aidiyyəti şəxslərə yönləndirmək;
Şirkətdaxili və layihə sənədlərinin kodlaşdırılmasını, revizya və versiyalarının uçotunu,
sənəd registrini (MDL) aparmaq;
Sənədlərin razılaşdırılma və təsdiq
prosesini izləmək;
Sənədləri elektron və kağız formatda sistemləşdirmək,
arxivləşdirmək və məxfiliyini qorumaq;
Tenderlərin və sənədlərin cari
vəziyyəti barədə həftəlik və aylıq hesabatlar hazırlamaq.
Namizədə tələblər
Ali təhsil;
Tender hazırlanması və/və ya
sənədlərə nəzarət (DCC) sahəsində ən azı 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübə
üstünlükdür);
“Dövlət satınalmaları haqqında” Qanun və elektron satınalma
portalı ilə işləmək bacarığı;
MS Office, xüsusilə Word və Excel
proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilində səlis,
ingilis dilində işgüzar səviyyədə yazılı və şifahi ünsiyyət;
Rəsmi
yazışma və sənədləşmə bacarığı;
Detallara diqqət, məsuliyyət, son
tarixlərə riayət və vaxtın düzgün idarə edilməsi;
Müxtəlif şöbələrlə
koordinasiyalı işləmək bacarığı.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş
qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı:
09:00-18:00
Könüllü tibbi sığorta
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında
razılaşdırılır
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
