Vakansiya haqqında
NewCond şirkəti HVAC sahəsində, xüsusilə də VRF
kondisioner sistemlərinin korporativ satışını həyata keçirəcək peşəkar əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
VRF və digər HVAC sistemlərinin korporativ müştərilərə təqdimatı və
satışı;
Yeni korporativ müştərilərin və layihələrin
axtarılması;
Tikinti şirkətləri, layihələndirmə təşkilatları, podratçılar
və digər biznes müştəriləri ilə əlaqələrin qurulması;
Layihələr üzrə
texniki və kommersiya təkliflərinin hazırlanması;
Müştərinin texniki
tələblərinin müəyyənləşdirilməsi və uyğun HVAC həllərinin təklif olunması;
Görüşlərin, təqdimatların və danışıqların aparılması;
Mövcud müştəri portfelinin inkişaf etdirilməsi;
Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə
olunması;
Bazarın və rəqib şirkətlərin araşdırılması.
Namizədə tələblər:
Yaş: 25–45
VRF, VRV,
Multi Split və digər HVAC sistemləri üzrə 5 illik peşəkar texniki bilik;
HVAC sahəsində korporativ satış üzrə praktiki iş
təcrübəsi;
VRF sistemlərinin iş prinsipi, seçim və tətbiqi
barədə yaxşı anlayış;
Layihə oxuma və texniki spesifikasiyaları anlama
bacarığı;
Korporativ müştərilərlə danışıqlar aparmaq və satış bağlamaq
bacarığı;
Aktiv müştəri bazası və HVAC sektorunda əlaqələrin olması
üstünlükdür;
Azərbaycan dili sərbəst, rus və/və ya ingilis dili bilmək
üstünlükdür;
MS Office proqramlarında işləmək
bacarığı;
Nəticəyönümlülük, məsuliyyətlilik və yüksək kommunikasiya
qabiliyyəti.
Şirkət tərəfindən:
Əməkhaqqı 2000-2500;
Satış
nəticələrinə əsaslanan bonus sistemi;
Korporativ müştərilər və
böyük layihələrlə işləmək imkanı;
Peşəkar inkişaf və karyera
perspektivi;
Müasir və peşəkar iş mühiti.
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Əgər siz HVAC və xüsusilə VRF sistemləri üzrə peşəkar bilik və satış
təcrübəsinə maliksinizsə, CV-nizi bizə göndərin.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Əlaqə:+994 50 678 88 88
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
