Vakansiya haqqında
Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut
brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil
olur.
Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə addımlamaq istəyirsinizsə,
komandamızda sizi görməkdən məmnun olarıq.
Niyə Krispy Kreme?
Bizim qlobal mədəniyyətimizi Leadership Mix əks etdirir — bu, dünyada bir-birimizlə
necə işlədiyimizi və icmalarımıza necə dəstək verdiyimizi müəyyən edən davranış nümunələridir.
Hər bir Krispy Kreme əməkdaşı öz cəsarətli və autentik kimliyi ilə qəbul olunduğunu, dəyər
gördüyünü və sevildiyini hiss edəndə, özünü rahat şəkildə ifadə edə bilir, yaradıcı və bənzərsiz potensialını
inkişaf etdirir.
Krispy Kreme-də sevinc paylaşmaq fəaliyyətimizin
mərkəzindədir və biz bunu icmalarımızda ilhamlandırmağa çalışırıq.
İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi
Namizədə aid tələblər:
Ali təhsilli olması;
Azərbaycan dili -
mükəmməl, ingilis dili – arzuolunandır;
FMCG,HoReCa və ya istehsalat
sahəsində 4 ildən az olmayaraq iş təcrübəsi;
Müvafiq vəzifədə 2 ildən az
olmayaraq iş təcrübəsi;
Qida istehsalı və təhlükəsizliyi sahəsində
biliklər;
Liderlik keyfiyyəti və komanda idarəetmə
bacarığı;
Məsuliyyət, dəqiqlik və karyera qurmaq
istəyi;
Problem həll etmə və qərarvermə qabiliyyəti;
Müştəriyönümlülük və yüksək xidmət mədəniyyəti;
Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarıqları;
Hesabat və təhlil bacarıqları;
MS Office
proqramları üzrə yaxşı biliklər, ERP sistemlərində (1C,İİKO) işləmək bacarığı;
Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
Mağaza müdiri ilə birlikdə biznes planının məqsədlərinə çatmaq və gəlirliliyi
artırmaq;
Mağazada fasiləsiz və səmərəli fəaliyyətin təmin olunması üçün
növbələri idarə etmək;
Satışların uğurla aparılması üçün kifayət qədər
donuts təmin etmək;
Donutsların gündəlik hazırlanmasının səmərəliliyini
artırmaq;
Filial üçün məhsul sifarişlərini düzgün formalaşdırmaq, artıq
və çatışmazlıq hallarının qarşısını almaq;
İstehsal prosesini izləmək və
keyfiyyətə nəzarət etmək;
Məhsulların Krispy Kreme keyfiyyət
standartlarına uyğunluğunu təmin etmək;
Donutsların düzgün bəzədilməsi və
qablaşdırılmasına nəzarət etmək;
Avadanlıqların müntəzəm yoxlanışını
aparmaq, problemləri aşkar edib həll etmək;
Komandanı avadanlıqların
düzgün istifadəsi ilə öyrətmək və avadanlığın vəziyyətinə nəzarət etmək;
Qonaq məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına nəzarət etmək;
Qonaqların müsbət təcrübəsini təmin etmək üçün müvafiq standartların tam təminatına və
icrasına nəzarət etmək;
Qonaqların məmnunluğunu təmin etmək üçün istehsal
cədvəlini koordinasiya etmək;
Qonaq şikayətlərini təhlil etmək və onları
aradan qaldırmaq üçün uyğun prosedurları həyata keçirmək;
Mağazada
nizam-intizamı və işin təşkilini qorumaq;
Qida təhlükəsizliyi, sanitariya
və əməkdaş sağlamlığı prosedurlarına əməl olunmasına nəzarət etmək;
Satışlar və mağazanın KPI göstəriciləri üzrə hesabat hazırlamaq.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə
əsasən sənədləşmə;
İş rejimi: 6 günlük, növbəli iş qrafiki;
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
Təlim keçmə və karyera artımı imkanları.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Mağaza
Meneceri (İstehsalat üzrə)” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
