Vakansiya haqqında
"Vision Academy” tərəfindən təşkil olunan 2 ay davam edən HR (İnsan
Resursları) Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
Yaş həddi: 21-30.
Sahibkarlıq fəaliyyəti ilə məşğul
olmayan şəxslər.
Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə
yerinə yetirən şəxslər.
Ali təhsilli və İnsan resursları sahəsində
karyera qurmaq istəyənlər.
HR sahəsində ilk addımlarını atmaq
istəyənlər.
Aktiv və məsuliyyətli gənclər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim
edirik:
Əmək Münasibətlərinin İdarə Edilməsi və Əmək
Qanunvericiliyi:
Əmək müqavilələrinin hazırlanması və idarə olunması;
İşçi və işəgötürənin hüquq və vəzifələri;
İş vaxtı,
məzuniyyətlər və əmək haqqının tənzimlənməsi;
ƏMAS platformasında
əməliyyatların aparılması;
Əmək qanunvericiliyinin praktiki
tətbiqi;
İşə Qəbul və Namizəd Seçimi (Recruitment &
Selection):
Vakansiya ehtiyaclarının müəyyənləşdirilməsi;
Vakansiya elanlarının hazırlanması və yerləşdirilməsi;
CV-lərin təhlili və ilkin seçim mərhələsi;
Müsahibə
növləri və Müsahibələrin planlaşdırılması və aparılması qaydaları.
Namizədlərin qiymətləndirilməsi və seçim metodları ;
İş təklifinin hazırlanması və işə qəbul prosesinin idarə olunması;
HR İnformasiya Sistemləri və Rəqəmsal
Həllər:
HRM və ATS sistemləri ilə işləmə prinsipləri;
İnsan resursları proseslərinin rəqəmsallaşdırılması;
Elektron sənəd dövriyyəsinin idarə olunması;
HR
analitikası və hesabatların hazırlanması;
Performans İdarəetməsi və İşçi
Motivasiyası:
KPI, OKR və digər performans göstəriciləri;
Performansın qiymətləndirilməsi metodları;
İşçi
motivasiyası və bağlılığının artırılması üsulları;
Mükafatlandırma və
tanınma proqramları;
Təlim, İnkişaf və Karyera İdarəetməsi:
Təlim ehtiyaclarının müəyyənləşdirilməsi;
Təlim və inkişaf proqramlarının hazırlanması.
Karyera planlaşdırılması və inkişaf yolları ;
İstedadların idarə olunması (Talent Management);
İşçi saxlama və davamlı inkişaf strategiyaları.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd
veriləcək.
Peşə Hazırlığı proqramı 2 ay davam
edəcək.
Peşə Hazırlığı proqramı hər gün 4 saat və
həftədə 5 dəfə olacaq, ümumilikdə isə 176 saat olacaq.
2 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş
ilə təmin olunacaq.
Praktiki Yanaşma – HR
sahəsinin əsas prosesləri (işə qəbul, sənədləşmə, performans qiymətləndirmə və s.) real nümunələr üzərindən
öyrədilir.
Fərdi Yanaşma – Hər bir iştirakçının inkişaf
ehtiyacına uyğun mentor dəstəyi təmin olunur.
Karyera
Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
Şəbəkələşmə İmkanı – HR sahəsində çalışan mütəxəssislərlə tanışlıq və peşəkar
əlaqələrin qurulması üçün platforma.
Sertifikat – Təlimi
uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
Coffee break –Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa,
dəyərli zaman.
Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura
bilərsiniz:
https://forms.gle/LtwcgGWRyvSm8LGu9
Ünvan:Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov
25A.
Veb sayt:www.visionacademy.az
Əlaqə nömrəsi: 010 7253232
Sosial Media Hesablar:
https://instagram.com/vision.karyera
https://instagram.com/visionacademyaz
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
