Vakansiya haqqında
Tibb müəssisəsinin satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi,
klinikada təqdim olunan tibbi xidmətlərin, müayinə və diaqnostika paketlərinin satış həcminin və gəlirliliyinin
artırılması, yeni pasiyent seqmentlərinin və korporativ müştərilərin cəlb edilməsi, strateji tərəfdaşlarla
əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, satış komandasının idarə olunması və müəssisənin kommersiya
hədəflərinin təmin edilməsi.
Namizədə dair tələblər
Ali təhsil (tibbi təhsil üstünlükdür);
Satış istiqamətində rəhbər vəzifədə 5–10 il iş
təcrübəsi;
Beynəlxalq Pharma şirkətlərində (Novartis, Pfizer,
Roche, Sanofi, AstraZeneca, GSK və s.) rəhbər vəzifədə iş təcrübəsi;
Korporativ satış, B2B əməkdaşlıq və strateji tərəfdaşlıqların qurulması
bacarığı;
Satış analitikası, büdcələşdirmə və maliyyə göstəricilərinin
təhlili üzrə biliklər;
Güclü liderlik, strateji düşünmə, danışıqların
aparılması və qərarvermə bacarığı;
Azərbaycan dilini sərbəst bilmək, rus
dilini bilmək üstünlükdür.
Əsas vəzifə öhdəlikləri
Tibb müəssisəsinin fəaliyyət istiqamətlərinə, xidmət portfelinə və bazar tələbatına
uyğun satış strategiyasını, qısamüddətli və uzunmüddətli satış planlarını hazırlamaq və icrasına rəhbərlik
etmək;
Klinikada göstərilən tibbi xidmətlərin, müayinə və diaqnostika
paketlərinin, laboratoriya xidmətlərinin və digər tibbi xidmətlərin satış həcminin və gəlirliliyinin artırılmasını
təmin etmək;
Yeni pasiyent seqmentlərini, korporativ müştəriləri və
potensial əməkdaşlıq imkanlarını müəyyənləşdirmək, şirkətlər və digər tərəfdaşlarla işgüzar əlaqələr qurmaq və
inkişaf etdirmək;
Korporativ müştərilərlə kommersiya danışıqlarını
aparmaq, tibbi xidmətlər üzrə əməkdaşlıq təkliflərini hazırlamaq, müqavilələrin bağlanması və icrasına nəzarət
etmək;
Satış komandasının fəaliyyətini idarə etmək, fərdi və komanda üzrə
satış hədəflərini müəyyənləşdirmək, əməkdaşların fəaliyyətini qiymətləndirmək və nəticəyönümlü iş mühitini təmin
etmək;
Pasiyent müraciətlərinin satışa çevrilmə səviyyəsini, təkrar
müraciətləri, xidmətlər üzrə satış dinamikasını və gəlir göstəricilərini təhlil etmək, satış effektivliyinin
artırılması üçün tədbirlər həyata keçirmək;
Tibbi xidmətlər bazarını və
rəqiblərin fəaliyyətini təhlil etmək, xidmətlərin qiymətləndirilməsi, kampaniyaların təşkili və satış kanallarının
genişləndirilməsi üzrə təkliflər hazırlamaq;
Marketinq və digər struktur
bölmələrlə koordinasiyalı fəaliyyət göstərərək pasiyent axınının artırılması, yeni xidmətlərin bazara çıxarılması və
mövcud xidmətlərin satışının stimullaşdırılmasını təmin etmək;
Həkimlər
və tibbi bölmələrlə əməkdaşlıq edərək onların xidmət portfelinin, qəbul imkanlarının və pasiyent tələbatının
kommersiya baxımından təhlilini aparmaq, xidmətlərin əlçatanlığının və satış potensialının artırılmasına dəstək
vermək;
Satış büdcəsinin hazırlanmasında iştirak etmək, kommersiya
xərclərinə, gəlirlilik göstəricilərinə və satış planlarının icrasına nəzarət etmək;
Pasiyent məmnuniyyətinin, xidmət keyfiyyətinin və müştəri loyallığının satış nəticələrinə
təsirini nəzərə alaraq müvafiq inkişaf təşəbbüsləri irəli sürmək;
Satış
nəticələri, gəlir dinamikası, korporativ əməkdaşlıqlar və biznesin inkişaf perspektivləri barədə rəhbərliyə mütəmadi
hesabatlar təqdim etmək.
Qeyd:
İş qrafiki: Həftənin 5 günü (saat 09:00-18:00);
Əmək haqqı: 4000-5000 Azn.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini emailin mövzu hissəsinə mütləq “Satış
şöbəsinin rəhbəri (tibb sahəsi üzrə)” qeyd etməklə (əks halda belə müraciətlərə
baxılmayacaq)Müraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
