Vakansiya haqqında
“AZ CONSTRUCTION A” MMC 1C Operatoru vakansiyası elan edir!
“AZ CONSTRUCTION A” MMC komandasına məsuliyyətli, diqqətli və 1C
proqramı üzrə biliklərə malik 1C Operatoru axtarır!
Əsas vəzifə və öhdəliklər
1C proqramına məlumatların düzgün və vaxtında daxil edilməsini təmin
etmək;
İlkin sənədləri, elektron qaimələri və hesab-fakturaları sistemə
işləmək;
Mal-materialların mədaxil və məxaric əməliyyatlarını 1C
proqramında qeydiyyata almaq;
Anbar qalıqlarının uçotunu aparmaq və
məlumatların düzgünlüyünü yoxlamaq;
Mal-material hərəkəti üzrə sənədləri
və hesabatları hazırlamaq;
Mühasibatlıq və anbar şöbələri ilə
koordinasiyalı işləmək;
Sənədlərdə və sistem məlumatlarında aşkar olunan
uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
Rəhbərlik tərəfindən
verilən müvafiq tapşırıqları yerinə yetirmək.
Namizədə qarşı tələblər
Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
1C proqramında işləmək üzrə praktiki təcrübə;
Mal-material uçotu və anbar əməliyyatları üzrə biliklər;
MS Excel proqramında işləmək bacarığı;
İlkin
sənədlərlə işləmək və məlumatları düzgün sistemləşdirmək bacarığı;
Diqqətlilik, məsuliyyət və dəqiqlik.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş günləri: Həftənin 5 günü
İş saatları: 09:00–18:00
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında
müəyyən edilir.
Rəsmi əmək müqaviləsi
Peşəkar və işgüzar iş mühiti
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “1C Operatoru” başlığı iləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
