Vakansiya haqqında
Böyüyən Decoliv komandamıza Kateqoriya
Müdiriaxtarırıq.
Axtardığımız namizədlər bazar dinamikasını
anlayan, trendləri izləyən, məhsul seçimində zövq və kommersiya balansını qoruya bilən
peşəkarlardır.
Vəzifə
öhdəlikləri:
Bazarın və rəqiblərin təhlilini aparmaq, yeni trendləri izləmək və kateqoriyanın
inkişafı üçün təkliflər vermək;
Satış göstəricilərini izləmək, dövri
analizlər aparmaq və nəticələrə əsasən qərarlar vermək;
Tədarükçülərlə
effektiv əməkdaşlıq qurmaq, şərtlərin optimallaşdırmaq və qiymət danışıqlarını aparmaq;
Promosyon kampaniyalarını planlaşdırmaq və icrasına nəzarət etmək;
Digər bölmələrlə (satış, marketinq, logistika və s.) sıx əməkdaşlıq edərək kateqoriyanın
məqsədlərinə çatmasını təmin etmək;
Kateqoriyaya daxil olan məhsul
qruplarının idarə etmək və inkişaf strategiyasını hazırlamaq;
Kateqoriya
üzrə aylıq və illik hesabatları hazırlamaq, rəhbərliyə təqdim etmək.
Namizədə
tələblər:
Ali təhsil
Müvafiq sahə üzrə ən az 3 il
iş təcrübəsi
Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili
arzuolunandır
MS Excel biliyi : Yüksək səviyyədə
Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı
Təklif edirik:
Nahar və servis ilə təminat;
Əmək
bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük tam iş
qrafiki;
Korporativ mobil nömrə.
Vakansiya ilə bağlı müraciət etmək üçün mövzu
hissəsinə “Kateqoriya Müdiri” qeyd etməklə CV formalarınıMüraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
